Gündəm
Oksford laqeyd qalmadı
İngiltərənin Oksford Universiteti Arakan müsəlmanlarına qarşı törədilən vəhşiliklərə göz yuman Myanmar lideri Aunq San Suu Çinin münasibətinə laqeyd qalmayıb. Universitet liderin binanın rəsmi kürsüsündəki portretini götürüb.
"KVN"-in yaradıcılarından biri vəfat etdi
İdlib bombalandı
Suriyanın İdlib şəhərində müxalifətçilərə qarşı hava hücumu təşkil edilib. Bombalı hücumlar nəticəsində 28 nəfər həlak olub, çox sayda insan yaralanıb. Ölən və yaralananların əksəriyyətini azyaşlılar təşkil edir. Yaralananlar ətraf ərazilərdəki xəstəxanalara yerləşdirilib.
İraqın şimalında PKK-nın hücumu nəticəsində 1 türk hərbçisi şəhid olub, 3-ü yaralanıb
Kabildə məscid yaxınlığında partlayış törədilib, ölən və yaralananlar var
Əfqanıstanın paytaxtı Kabildə məscid yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində azı 6 dinc sakin ölüb, 30 nəfər yaralanıb. Polisin məlumatına görə insanlar məsciddən cümə namazından çıxan zaman partlayış baş verib. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb.
Ələtdə baş verən yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Tofaş” markalı, 10 CD 326 dövlət nömrə nişanlı avtomobilin yolayrıcında olan metal konstruksiyaya çırpılması nəticəsində iki nəfər - Bakı sakini, 1988-ci il təvəllüdlü Qarayev Anar Soltan oğlu və Qobustan rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədov Teymur Telman oğlu ağır xəsarətlər alıb. Onlar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Videozəngləri dəstəkləyən “ağıllı” zəngli saat təqdim olunub
“Amazon” şirkəti “Echo” istehsal xəttindən olan qurğuları tamamlayan “Echo Spot” “ağıllı” saatını təqdim edib.
Məşhur falçının məhkəməsi: "Evlə birgə dədə-baba qızıllarımız da yoxa çıxdı"
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə şahid qismindən iş adamı Barat Abdullayevin qardaşı Nazim Abdullayev ifadə verib. O, ifadəsində qardaşı Barat Abdullayevin ailəsində narazılıq və münaqişə olduğunu göstərib: "Evin "kupça"sı yox idi. Qardaşım Təyminədən "kupça"nın harada olduğunu soruşduqda banka qoyub 250 min manat pul götüryünü, həmin pulla Səkinə adlı qadından gözəllik salonu aldığını dedi. Bir müddət araşdırdıqdan sonra gözəllik salonunun Əhmədlidə olduğunu öyrəndik. Gedib baxdıq, 20 kvadratmetrlik yer idi. Amma Səkinəni tapa bilmədik. Salonda da Səkinə adlı qadını tanımadıqlarını dedilər. Səkinə bizimlə görüşə də gəlmədi.
“Apple” şirkəti “Face ID” texnologiyasının gözlənilməz xüsusiyyətləri haqda xəbərdarlıq edib
“Apple” şirkəti yaşı 13-dən aşağı olan istifadəçilərə yeni “iPhone X” smartfonlarında sifətin tanınması sistemindən istifadə etməməyi tövsiyə edir. Bu barədə şirkət tərəfindən dərc edilmiş “Face ID” üçün təhlükəsizlik kitabçasında yazılıb.
Süni intellekt elektrik enerjisinin oğurlanması ilə mübarizə aparacaq
Tezliklə elektrik enerjisini oğurlayan insanlara süni intellekt nəzarət etməyə başlayacaq. Müvafiq alqoritm Lüksemburq Universitetinin ekspertləri tərəfindən hazırlanaraq Braziliyada uğurla sınaqdan keçirilib.
“Passenger Drone” uçan taksisinin sınaqları keçirilib
“Passenger Drone” şirkəti Avropada sərnişin uçuş aparatının sınaqlarına başlayıb. Şirkət tərtibatçılarının sözlərinə görə, dron “Ehang 184” və “Volocopter” aparatları ilə rəqabət apara biləcək.
Kiberhücumlar nəticəsində təşkilatlara dəymiş zərərin həcmi 23% artıb
2017-ci ildə kiberhücumlar nəticəsində təşkilatlara dəymiş zərərin həcmi 23% artıb. Belə ki, 2016-cı ildə şirkətlərə orta hesabla 9,5 milyon dollar zərər dəymişdisə, cari il bu göstərici 11,7 milyon dollaradək artıb. Bu haqda “Accenture” və “Ponemon Institute”un araşdırmalarına istinadən “Telecompaper” məlumat verib. Həmçinin bildirilib ki, son 5 ildə kiberhücumlardan dəymiş zərərin həcmi 62% artıb.
“Microsoft Office 2019” proqram paketi təqdim edilib
“Microsoft şirkəti” 25-29 sentyabr tarixlərində Orlando şəhərində keçirilən “Ignite” adlı konfransında “Office 2019” yeni proqram paketini təqdim edib. Sözügedən proqram paketinin tərkibinə ənənəvi "ofis", amma müasirləşdirilmiş proqramlar, həmçinin “Word”, “Excel”, “PowerPoint” və “Outlook” proqramlarının kliyent versiyaları, həmçinin “Exchange”, “SharePoint” və “Skype” daxil ediləcək.
Milyonçu 30 yaşlı arvadına mirasından bir qəpik də vermədi
Los-Ancelesdəki evində 91 yaşında dünyasını dəyişən milyonçu, "Playboy"un qurucusu Hyu Hefnerin sərvətinin kimlərə çatacağı məlum olub. Media maqnatının milyonları ayrı-ayrı nikahlardan dünyaya gələn övladları arasında bölünüb. Onun 3-cü - 30 yaşlı arvadı Kristal Harrisə isə bir qəpik belə çatmayıb. Hyu 43 milyon dollarlıq mirasından gənc xanımına heç nə vəsiyyət etməyib. Hefner mriasının 4 uşağı arasında bölünməsindən sonra qalan qismini xeyriyyə təşkilatlarına bağışlayıb.
Ən xeyirxah BÜRCLƏR
Asrtoloqların araşdırmaları nəticəsində məlum olub ki, 12 zodiak işarəsi arasında ən xeyirxah bürclər Əkizlər, Şir, Qız və Balıq bürcləridir.














