Kabildə məscid yaxınlığında partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə məscid yaxınlığında partlayış baş verib.  Hadisə nəticəsində azı 6 dinc sakin ölüb, 30 nəfər yaralanıb. Polisin məlumatına görə insanlar məsciddən cümə namazından çıxan zaman partlayış baş verib. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb.

Əfqanıstanın paytaxtı Kabildə məscid yaxınlığında partlayış baş verib.  Hadisə nəticəsində azı 6 dinc sakin ölüb, 30 nəfər yaralanıb. Polisin məlumatına görə insanlar məsciddən cümə namazından çıxan zaman partlayış baş verib. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb. Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib. APA-nın "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31