Gündəm

Diplomatlar geri çağırıldı

1 Oktyabr 2017 12:50

ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərdarlıq edib. Kubada səfirlikdə çalışan 21 diplomat və ailə üzvləri eşitmə, başgicəllənmə və ürəkbulma kimi problemlərlə üzləşiblər. Diplomatların geri çağırılmasının səbəbi də, məhz onların səhhəti ilə əlaqələndirilib.

Bu gündən həqiqi hərbi xidmətə çağırış başlayıb

1 Oktyabr 2017 10:48

Bu gündən – oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.  Azərbaycan prezidenti İlham Əliyevin  5 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Azərbaycana rəqib oldu

1 Oktyabr 2017 10:47

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin sonuncu oyununda Türkiyə və Serbiya yığmaları qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən matçın qalibi Serbiya millisi olub. Hər üç setdə türkiyəli voleybolçulardan üstün olan Serbiya millisi oyundan qalib ayrılıb.

Teatr direktoru vəfat etdi

1 Oktyabr 2017 10:43

Gəncə Dövlət Kukla teatrının direktoru vəfat edib. Teatrın direktoru 58 yaşlı Bayram Fətəliyev oğlu ilə yolda gedərkən özünü pis hiss edib və dərhal Gəncə şəhər təcili tibbi xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də onun dünyasını dəyişdiyi məlum olub.

Azərbaycanda Aşura günü qeyd olunur

1 Oktyabr 2017 10:37

Bu gün Məhərrəm ayının 10-cu günü - Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılər Şurasının məhərrəm ayının başlanması ilə bağlı fətvasında Aşura gününün Miladi təqvimlə 2017-ci il sentyabrın 22-nə təsadüf etdiyi bildirilir. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseynin və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu tarix İslam dünyasında matəm günü kimi qeyd olunur.

Referendum öncəsi seçki məntəqələri bağlandı

1 Oktyabr 2017 10:34

İspaniya polisi Kataloniyada müstəqilliklə bağlı referendumun keçirilməsi öncəsi əksər seçki məntəqələrini bağlayıb. Səsvermənin keçiriləcəyi bütün müəssisələr, əsasən məktəblər 1,3 min nəfərdən ibarət polis əməkdaşları tərəfindən tutulub. Daha 900 binada referendum tərəfdarları toplaşıb, onlar binaları Mülki Qvardiya dəstələri gələnə qədər tutublar.

Azərbaycanda yeni institut yaradılacaq

1 Oktyabr 2017 10:32

Azərbaycanda aqrosığorta sahəsi ilə məşğul olan vahid institut yaradılacaq. Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yerli nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib. Hazırda IFC Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə aqrosığorta sisteminin ölkəmizdə tətbiqinə dair layihə üzərində işləyir.

Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib

1 Oktyabr 2017 10:29

Keçirilməsi artıq ənənə şəklini almış “Beynəlxalq dəniz günü” ölkəmizdə də hər il “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlərlə qeyd olunur.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən 30 sentyabr 2017-ci il tarixində ETSN-nin müvafiq qurumlarının əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib.

Nazirlik müraciət və şikayətlər araşdıracaq

1 Oktyabr 2017 10:23

Daşkəsəndə keçirilən görüşdə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonları və Gəncə şəhərindən olan 40-a yaxın vətəndaşı qəbul edib.  Olaylar bildirir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib və müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb.

Rektor Rumıniya səfiri ilə görüşüb

1 Oktyabr 2017 10:20

Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Olaylar bildirir ki, qonağı salamlayan rektor K.Abdulla onun Rumıniyada Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində gördüyü işlər barədə məlumatlı olduğunu bildirib və göstərdiyi dəstəyə görə ona təşəkkür edib. K.Abdulla belə bir mərkəzin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyini və təhsil sahəsində əməkdaşlığı daha da gücləndirəcəyini bildirib. O, əlavə edib ki, mərkəz üçün ayrılacaq otağın avandanlıqlarla təchiz olunmasını və ora müəllim göndərilməsini ADU öz üzərinə götürəcək: “Həmin universitetdən xahişimiz odur ki, Azərbaycan multikulturalizmi fənni tədris proqramına daxil edilsin”.

Toxunulmazlıq statusu verildi

30 Sentyabr 2017 22:10

Almaniya Türkiyənin “vətən xaini” elan edib İnterpolun axtarışına verdiyi “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündarı himayəsinə götürüb.  Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şafer C.Dündarın həbsinin Almaniyada mümkün olmayacağını deyib. Can Dündara Türkiyə Diyarbəkir Ali Məhkəməsinin apardığı “terror” istintaqında haqqında həbs qərarı çıxarılıb. Ölkədən mühacirət edən keçmiş redaktor Almaniya vətəndaşlığı aldıqdan sonra həmin ölkəyə yerləşib.