"Qarabağ"ın ÇL-dəki rəqibi uduzdu
1 Oktyabr 2017 10:40 Dünya"Qarabağ"ın Çempionlar Liqasının qrupdakı rəqibi "Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
Londonun "Stemford Bric" stadionunda "Mançester Siti"ni qəbul edən "Zadəganlar" 1:0 hesabı ilə məğlub olub. Matçda yeganə qolu ikinci hissənin ortalarında Kevin De Bruyne vurub.
Bu qələbədən sonra "Mançester Siti" (19 xal) "Mançester Yunayted"ə çatıb və turnir cədvəlində onunla birinci yeri bölüşür. Aktivində 13 xalı olan "Çelsi" 4-cü mövqedədir.
İngiltərə Premyer Liqası. 7-ci tur
Çelsi - Mançester Siti 0:1
Qol: Kevin De Bruyne, 67.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31