Gündəm

Almanların köçürülməsindən 200 il ötür

2 Oktyabr 2017 10:52

2017-ci ildə Azərbaycan ərazisinə almanların köçürülməsindən və alman məskənlərinin salınmasından 200 il ötür. Bununla bağlı keçiriləcək bütün tədbirlər UNESCO-nun yubiley proqramına daxildir. Prezident İlham Əliyev 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğını, respublikada alman mədəniyyət abidələrinin dövlət səviyyəsində qorunması və bərpasını, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətini təmin edir. Olaylar bildirir ki,  Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Maestro Niyazinin mənzil muzeyində, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin və həmin muzeyin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı layihənin “Azərbaycanda alman mədəniyyəti irsinin izləri” mövzusunda növbəti elmi seminarı keçirilib.

Rusiyanın yeni oyuncağı: ballistik raketləri məhv edəcək silah gəlir

2 Oktyabr 2017 10:50

Rusiya nüvə bombasından qat-qat güclü olan yeni radioelektrik silah istehsal edir. Bu barədə İngiltərənin “Daily Star” qəzeti xəbər yayımlayıb. Məqalədə Rusiyanın “Elabuqa” adlı yeni silahının orduları zərərsizləşdirmək, 7 km sahədə bütün ballistik raket başlıqlarını və təyyarələrin nəzarət sistemini bağlamaq potensialına malik olduğu qeyd edilib.

Azərbaycanlı məşhur şairlər Ədəbiyyat Festivalında

2 Oktyabr 2017 10:02

Oktyabrın 3 – 7 tarixlərində İstanbulda Beyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı keçiriləcək. Olaylar bildirir ki, festivalın ilk günü Grand Perada  Gülten Akın, Cemal Süreya, Rasim Özdenören kimi məşhur türk yazar və şairlərin gənc yaşlarında yazdıqları ilk əsərləri "İlk Əsərlər Sərgisi" adı ilə ədəbiyyatsevərlərə təqdim olunacaq.  Festivalda 42 ölkədən təxminən 300 qonaq şairlər iştirak edəcək. İspaniya, Almaniya, Belçika, İtaliya, Rumıniya, Macarıstan, İraq, Hindistandan iştirakçıları olan festivalda ölkəmizi məşhur şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn təmsil edəcək.

30 illik qış gəlir

2 Oktyabr 2017 09:34

NASA-nın keçmiş əməkdaşı iqlimşünas alim Con L. Keysi sensasion proqnozlarla çıxış edib. O, yeni çapdan çıxmış kitabında yer kürəsinə 30 il davam edəcək sərt qış fəslinin yaxınlaşdığını iddia edib. Keysinin tezislərinə görə önümüzdəki 30 il qlobal soyuma baş verəcək. O öz kitabında bunu günəşin fəallığının azalmaları ilə izah edir.

Ermənistanda korrupsiya qalmaqalı: Yüksək vəzifəli şəxslər barəsində araşdırma aparılır

2 Oktyabr 2017 09:19

Ermənistanın Baş prokurorluğunda Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə bağlı mətbuatda yayılan məlumatlar əsasında araşdırma aparılır. Bu barədə prokurorluğun ictimai əlaqələr şöbəsindən bildirilib.

Futbolçu oyundan əvvəl vəfat etdi

2 Oktyabr 2017 09:16

Gürcüstan təmsilçisi “Zuqudidi”nin qapıçısı Şota Maminaşvili vəfat edib. "Çərçivə qoruyucusu” “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib. Onu təcili xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar qarşılaşma təxirə salınıb.

İsveçdə nümayiş: 23 nəfər həbs edildi

1 Oktyabr 2017 19:32

İsveçin ikinci böyük şəhəri Qöteburqun hüquq-mühafizə orqanları tərəfindən neonasistlərin və onların əleyhdarlarının şənbə günü keçirilən nümayişindən sonra 23 nəfər həbs edilib. Bu barədə İsveç Prokurorluğunun mətbuata açıqlamasında bildirilir. Qeyd olunur ki, Qöteburqun növbətçi prokuroru şənbə və bazar gününə keçən gecə ərzində zorakılıqlarla müşahidə olunan kütləvi qarışıqlıqlar törətməkdə şübhəli bilinən 23 nəfərin həbsi barədə qərar qəbul edib.

Səhiyyə Nazirliyi: Aşura günü 1722 litr qan toplandı - YENİLƏNDİ

1 Oktyabr 2017 19:25

Azərbaycanda Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyası başa çatıb. Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva  bildirib ki, Aşura günü keçirilmiş qanvermə aksiyasında 3827 nəfər qan verib. O qeyd edib ki, qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb.

“Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə dözə bilmərik”

1 Oktyabr 2017 19:21

Bu xaotik dönəmdə Şimali İraqKürdüstan Muxtariyyətinin keçirdiyi referendum, müstəqillik iddiası başqa güclərin oyuncağı olmaqdan başqa bir anlam daşımır. Bunu bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Muğam dünyası" adlı layihəsi  çərçivəsində Xeyriyyə tədbiri  təşkil  olunub 

1 Oktyabr 2017 19:19

Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" layihəsi  təşəbbüsükarları  Arzu Müzəffərova, Nicat Müslümov, Leyli Hüseynova və Elşən Məmmədovun təşkilatçılığı ilə və 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin dəstəyi ilə fiziki sağlamlıq imkanı məhdud olanların özünə qapanmaması, cəmiyyətə inteqrasiyası məqsədilə və onlara dəstək olmaq ücün.  Növbəti Xeyriyyə tədbiri  təşkil  olunub.

Türkiyə  PKK-nı bombaladı

1 Oktyabr 2017 16:55

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalın Metina rayonunda PKK terrorçularının mövqelərinə hava zərbələri endirib. Hava zərbələri nəticəsində terrorçuların sığınacaqları, silah və döyüş sursatı anbarları məhv edilib.

"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanıb - Mağazalar bu gün açılmayıb

1 Oktyabr 2017 15:23

"Sədərək" və "Binə" ticarət mərkəzləri bu gün fəaliyyətini dayandırıb. Hazırda həmin ərazilərdə insan sıxlığı müşahidə edilir. Ticarət mərkəzlərinin önünə polislər toplaşıb. Onların sözlərinə görə, Aşura günü ilə əlaqədar işçilər gəlməyiblər.