Gündəm
DİQQƏT: Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir
1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizə çatıb. Bunu Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.
Bu gün Milli Məclis toplaşacaq
Bu gün Milli Məclisin 2017-ci li payız sessiyasının ilk plenar iclası olacaq. Payız sessiyasının iclasına 34 məsələ daxil edilib.“Olaylar” xəbər verir ki, parlamentarilər Milli Məclisinin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planını, Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi, bir sıra ölkələrlə ikitərfli sazişin ratifikasiya edilməsi məsələsini müzakirə edəcəklər.
Səyyar ASAN xidmət Lökbatan və Lökbatan və Binədə
2-16 oktyabr tarixlərində Səyyar ASAN xidmət Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşlara səyyar formada kommunal xidmətlər təqdim olunacaq.
Ərdoğanın səfərindən sonra müharibə BAŞLAYIR - DETALLAR
Şimali İraq kürd muxtariyyətinə qarşı həyata keçiriləcək əməliyyatın detalları məlum olmağa başlanıb. Əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinbən sonra həyata keçiriləcək.
Las-Veqasda silahlı hücum – Ölən və Yaralananlar var
Las- Veqasdakı musiqi festivalında silahlı hücum olub. Olaylar bildiriri ki, silahlı şəxs ən az iki nəfəri öldürüb, 24 nəfəri yaralayıb. Hadisə “Mandalay Bay Hotel” mehmanxana kompleksinin eyvanında baş verib. . O musiqi festivalının iştirakçılarını vurub.
Xətai rayonu yenə də ağacların soyqırımına məruz qalır
Yaşıllıq insanda pozitiv ruh yaradır. İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivinin çoxluğu arzuediləndir. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır.
XİN-dən Kataloniya hadisələrinə MÜNASİBƏT
Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.
Xalq artistindən Mələykə Əsədovanın ünvanına SƏRT SÖZLƏR: "Özünü biabır eləmə!"
Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı ona verilən fəxri ada hörmətsizlik etməkdə günahlandırıb. O, saytların birində Xalq artisti Məleykə Əsədovanın haqqında çıxan xəbərə şərh yazıb.
İsveçdə keçirilən nümayişdə 23 nəfər həbs edilib
İsveçin ikinci böyük şəhəri Qöteburqun hüquq-mühafizə orqanları tərəfindən neonasistlərin və onların əleyhdarlarının şənbə günü keçirilən nümayişindən sonra 23 nəfər həbs edilib.
Meksikada zəlzələ qurbanlarının sayı artmaqda davam edir
Sentyabrın 19-da Meksikada baş verən zəlzələdən sonra dağıntılar altında aparılan axtarışlar davam edir. Axtarışlar nəticəsində ölənlərin sayı 345-dən 361-ə çatıb. Təbii fəlakət nəticəsində ölənlərin sayının bundan sonra da artacağı gözlənilir. Paytaxt Mexikoda 7 mərtəbəli biznes mərkəzin dağıntıları altında qalanların axtarışı davam etdirilir. Azı 8 nəfər itkin düşmüş hesab edilir.
Şamaxıda Oleq Krapivin adına idman məktəbinin açılışı mərasimi keçirilib
Sərbəst güləş üzrə Oleq Krapivinin şərəfinə təşkil olunmuş V açıq respublika turniri çərçivəsində Azərbaycan Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonunda yerləşən abidəsinin qarşısına gül dəstəsi qoyublar.
11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək
6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçiriləcək. Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək.
Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə icma sədri Rəşid Məmmədov açıb və dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolundan danışıb.
Gürcüstan insan hüquqları prizmasından Dağlıq Qarabağ tənzimlənməsinin modelini hazırlaya bilər
“Dağlıq Qarabağ məsələsi insan hüquqları məsələsidir”. Ermənistan prezidenti S.Sərkisyan BMT Baş Assambleyasında bu bəyanatı ilə Dağlıq Qarabağ tənzimlənməsində insan hüquqlarını prioritet elan etdi. O, insan hüquqlarının əsas elementi kimi xalqların öz müqəddəratını təyinetmə prinsipini göstərdi. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Tramp Tillersona Kim Çen Inla görüşməyə icazə vermədi
ABŞ Prezidenti Donald Tramp yenə Şimali Koreya prezidenti Kim Çen Inı təhqir edib. Prezident Koreya lideri ilə görüşmək istəyən xarici işlər naziri Reks Tillersona “o balaca raket adamla görüşməyəcəksən” deyib. D.Tramp tvitter hesabından yazdığı bu sözlərlə Şimali Koreya ilə olan birbaşa əlaqə kanallarını da bağlayıb: “Reks Tillersona – bizim möhtəşəm xarici işlər nazirimizə “kiçik raket adam”la görüşmək üçün etdiyi cəhdlərin boş olduğunu söylədim.














