DİQQƏT: Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir

1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizə çatıb. Bunu Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.

1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizə çatıb. Bunu Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.

O qeyd edib ki, bölgələrdə bu göstərici daha yüksəkdir. N.Quliyev bildirib ki, oktyabrın 1-ci həftəsi ərzində ana südü ilə qidalanma həftəsi keçiriləcək. Məqsəd ana südünü təbliğ etməkdir: "Ötən əsrin sonlarında ana südü ilə qidalanma fəlakətli həddə çatdığından onun təbliğinə başlanıb. Bu gün istifadə olunan süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31