Səyyar ASAN xidmət Lökbatan və Lökbatan və Binədə
2-16 oktyabr tarixlərində Səyyar ASAN xidmət Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşlara səyyar formada kommunal xidmətlər təqdim olunacaq.
2 Oktyabr 2017 11:19 Sosial2-16 oktyabr tarixlərində Səyyar ASAN xidmət Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 2 - 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşlara səyyar formada kommunal xidmətlər təqdim olunacaq.
Bundan başqa səyyar avtobuslar 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevirdə, 5 oktyabr Goranboyda, 24 oktyabr Şirvan və Xırdalanda, 18 oktyabr Ucarda vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.