Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Ənənəvi  dindarlıq və radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə icma sədri Rəşid Məmmədov açıb və dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolundan danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının "İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi" layihəsi çərçivəsində "Ənənəvi  dindarlıq və radikalizm" mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə icma sədri Rəşid Məmmədov açıb və dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolundan danışıb.

Daha sonra DQİDK-nın sifarişi əsasında çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş olunub.

DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev dini radikalizmin tarixi kökləri, onun yaranma səbəbləri və müasir durumu ilə bağlı çıxış edib. İsmayıllı RİH başçısı Aparatının nümayəndəsi Nəsimi Teymurov dini radikalizm və ekstremizmlə mübarizə üsulları ilə bağlı məruzə edib. Daha sonra kənd məktəbinin direktoru Xavər Allahverdiyeva tədbirin təşkilatçılarına təşəkkür edərək bildirib ki, keçirilən maarifləndirmə tədbirləri gənclərin dünyagörüşünün əhəmiyyətli dərəcədə formalaşmasına və onların dini radikalizmə qarşı maariflənməsinə xidmət edir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31