Gündəm

Bakıda Dünya Boks Şurasının 55-ci Konvensiyasının açılış mərasimi keçirilib

2 Oktyabr 2017 11:55

Bu gün Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi təşkil olunub. Məlumata görə, 164 üzv ölkə rəsmisinin qatıldığı tədbirdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının prezidentiKəmaləddin Heydərov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, WBC-nin prezidenti Maurusio Süleyman, Avropa Boks İttifaqının rəhbəri Bob Loqist, tanınmış boksçular - Evander Holifild, Vitali Kliçko, Bernard Hopkins, Nasim Hamed, Karlos Sarate, Kostya Tszyu, Yuri Arbaçakov, Srisaket Sor Runqvisaya və digər şəxslər iştirak ediblər.

Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri başlayıb

2 Oktyabr 2017 11:53

Azərbaycan prezidenti İlham ƏliyevŞamaxı rayonuna səfərə gəlib. Məlumata görə, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

Məleykə Əsədovadan Xalq artistinə SƏRT SÖZLƏR: "Geyimimə və şəkillərimə..."

2 Oktyabr 2017 11:52

Xalq artisti Mələykə Əsədova Ramiz Məlikin onun geyimilə bağlı ünvanına səsləndirdiyi tənqidlərə cavab verib. Aktrisa həmkarı və Xalq artisti Ramiz Məlikin onun haqqında nə düşünüdüyü və nə yazdığı ilə maraqlanmadığını deyib: “Sənətim haqqında fikir söyləsəydi, bununla bağlı münasibət bildirərdim. Lakin şəkillərim haqqında onun nə isə deməsi məni qətiyyən maraqlandırmır. Geyimimə və şəkillərimə nə onun, nə də başqasının müdaxilə etməyə ixtiyarı yoxdur. Mənə nəyin yaraşıb-yaraşmadığını özüm gözəl bilirəm”.

“Ermənistan yeni silahlar alacaq” - Vigen Sarkisyan

2 Oktyabr 2017 11:48

Bunu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib. O, qeyd edib ki, silahlanma məsələsi qapalıdır və ona görə də konkret məlumatlar təqdim edə bilməz: “Ordunu silahlandırma baxımından il olduqca uğurludur”.

Ermənistanın xarici borcu 7 milyard dolları keçəcək

2 Oktyabr 2017 11:46

2018-ci ilin sonunda Ermənistanın xarici borcu 7 milyard dolları keçəcək.  Bu barədə "1in.am" saytına açıqlamasında Ermənistanİşəgötürənlər Birliyinin sədri Qaqik Makaryan maliyyə naziri Vardan Aramyanın bəyanatına münasibətində deyib.

İslam həmrəyliyi sülh və əməkdaşlığa çağırışdır

2 Oktyabr 2017 11:44

Sentyabrın 29-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Xaçmaz Rayon İcra Hakimiyyətinin, «Azərbaycan» qəzetinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində «İslam Həmrəyliyi: sülh və əməkdaşlığa çağırış» mövzusunda konfrans keçirilib.

Özünü körpüdən atmaq istədi

2 Oktyabr 2017 11:41

Bakıda intihara cəhdin qarşısı alınıb. Məlumata görə, paytaxtın Heydər Əliyev prospektində yerləşən asma körpüdə bir nəfər intihar etmək məqsədi ilə körpüyə çıxmağa cəhd edib. Ərazidə olan polis əməkdaşları cəhdin qarşısını alıb. Polisə tərəfindən saxlanılan şəxsin Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Qiyamət Abdulzadə olması müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.

Özbəkistanda keçirilən milli mədəniyyət və mətbəx festivalında Azərbaycan 2-ci yerə layiq görülüb

2 Oktyabr 2017 11:40

Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Xalqların mədəniyyət və kulinariya Festivalı keçirilib.

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

2 Oktyabr 2017 11:35

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Məlumata görə, 1979-cu il təvəllüdlü Rövşən Məlikov sağlamlığa zərər vurmaqda təqsirləndirilir. R.Məlikov barəsində Azərbaycanın hüquq-mühafizə orqanları cinayət işi başlayıb və istintaqa cəlb edilib.

Mövsümdə ilk yaşandı

2 Oktyabr 2017 11:33

Azərbaycan Premyer Liqasının VII turunun oyunlarından sonra bir futbolçu cəzalı duruma düşüb. "Neftçi"nin futbolçusu Kiril Petrov növbəti turu buraxmalı olacaq.  Buna səbəb onun mövsümdə 4-cü dəfə sarı vərəqə almasıdı. "İnter"lə qarşılaşmada aldığı xəbərdarlıq ukraynalı üçün 4-cü olub.

Azərbaycan - Çexiya: hakim təyinatları açıqlandı

2 Oktyabr 2017 11:31

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri açıqlanıb.  Matçı Fransa Futbol FederasiyasındanBenoit Millot idarə edəcək. Ona Julyen Paseli və Bertran Juannu köməklik edəcək. Dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.

"Ünvanıma səslənən komplimentlərə fikir verməməyə çalışıram"

2 Oktyabr 2017 11:29

İtaliyalı hücumçu Mario Balotelli ötən yay "Nice" ilə müqavilə imzalamasını yada salıb. Balotelli bunları deyib: "Hər şey sadədir. Qalmağımın səbəbi burda özümü xoşbəxt hiss etməyimdir. Komanda yoldaşlarımdan, azarkeş və məşqçidən razıyam. Ötən il "Nice" ilə müqavilə imzlayanda sonra nə olacağını bilmirdim.

Qobustanda yeni uşaq bağçası istifadəyə verildi

2 Oktyabr 2017 11:30

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Sərhədçilər narkotacirləri ələ keçirdilər

2 Oktyabr 2017 11:27

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.DSX-nin mətbuat mərkəzindən “Olaylar”a verilən xəbərə görə, Azərbaycan vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu Biləsuvar-Salyan şosesinin kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17000 ədəd “T-Dol 200” marka­­lı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaş­mağa cəhd göstərərkən DSX-nın əməkdaşları tərəfin­dən saxlanılıb.

Fransada yanğında beş nəfər öldü, səkkiz nəfər yaralandı

2 Oktyabr 2017 11:25

Fransanın Müluz şəhərində yaşayış binasında baş verən yanğın faciə ilə nəticələnib. Yanğın bələdiyyəyə məxsus yaşayış binasında gecə yarısı baş verib. Hadisə yerinə 50 yanğınsöndürən cəlb olunub, onların səyi nəticəsində yanğını söndürmək mümkün olub.