Mövsümdə ilk yaşandı
Azərbaycan Premyer Liqasının VII turunun oyunlarından sonra bir futbolçu cəzalı duruma düşüb. "Neftçi"nin futbolçusu Kiril Petrov növbəti turu buraxmalı olacaq. Buna səbəb onun mövsümdə 4-cü dəfə sarı vərəqə almasıdı. "İnter"lə qarşılaşmada aldığı xəbərdarlıq ukraynalı üçün 4-cü olub.
2 Oktyabr 2017 11:33 İdmanAzərbaycan Premyer Liqasının VII turunun oyunlarından sonra bir futbolçu cəzalı duruma düşüb. "Neftçi"nin futbolçusu Kiril Petrov növbəti turu buraxmalı olacaq. Buna səbəb onun mövsümdə 4-cü dəfə sarı vərəqə almasıdı. "İnter"lə qarşılaşmada aldığı xəbərdarlıq ukraynalı üçün 4-cü olub.
Bununla da sarı vərəqə limitini dolduran müdafiəçi VIII turun görüşünü buraxmalı olacaq. Kiril oktyabrın 15-də "Səbail"lə ev matçında iştirak edə bilməyəcək. Ukraynalı futbolçu cari mövsümdə sarı vərəqələr üzündən cəzalı duruma düşən ilk oyunçu olub. Düzdü, qırmızı vərəqə üzündən cəzalı duruma düşən olub, amma sarı vərəqələrdə "ilişən" ilk oyunçu Petrovdu.