Gündəm
Ebru Gündeş 4 günə 530 min qazanacaq
Cənubi azərbaycanlı həyat yoldaşı Rza Zərrabın Amerikada həbsindən sonra konsertlərini artıran müğənni Ebru Gündeş sərvətinə sərvət qatacaq. Sənətçi 4 gecə verəcəyi konsertdən 530 min lirə (təxminən 260 min manat) qazanacaq. Ebru oktyabrın 14-nədək restoranların birində 4 dəfə səhnəyə çıxacaq.
Tükürpədən HADİSƏ: Quran kursunun müəllimi 9 yaşlı tələbəsinə təcavüz etdi
Türkiyənin Ağrı vilayətində tükürpədən hadisə baş verib. Quran kursunun 17 yaşlı müəllimi 9 yaşlı oğlan tələbəsinə cinsi təcavüz edib. Hadisə kursun başqa bir müəllimi tərəfindən ifşa edilərək ortaya çıxarılıb. Kursun rəhbərləri isə müəllimin şagirdi ilə zarafatlaşdığını deyərək hadisəni ört-basdır etmək istəyib.
Kamerunda Anqlofon müstəqilliyini elan etdi — Toqquşmalarda 7 ölü
Kamerunun Anqlofon bölgəsi simvolik olaraq müstəqilliyini elan edib. İngilis dilində danışan bölgədə bu hadisədən sonra polisin sərt müdaxiləsi olub. Nəticədə ən azı 7 nəfər həlak olub. Çox sayıda yaralı xəstəxanalara yerləşdirilib. Qruplar əvvəlcədən Kamerunun fransız və ingilis dilində danışılan bölgələrinin birləşməsinin ildönümü olan 1 oktyabr tarixində "Ambazoniya" adlı dövlətlərini quraraq müstəqillik elan edəcəklərini bildirmişdilər. Simvolik müstəqillik elanı isə Ambazoniya prezidenti Sisiku Ayuk tərəfindən bazar günü sosial şəbəkələr vasitəsilə elan edilib.
Azərbaycan gimnastı Dünya Kubokuna sahibləndi
29-30 sentyabr tarixlərində Portuqaliyada (Lole) baş tutan Dünya Kubokunda tamblinq üzrə yığma komandamızın üzvü Mixail Malkin qələbəyə imza atıb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 20-dən çox ölkənin iştirak etdiyi turnirin təsnifat mərhələsində özünə əmin çıxışları ilə diqqətləri cəlb edən gimnastımız hakimlərdən ən yüksək xal alaraq, final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələdə də öz proqramını qüsursuz icra edən Malkin bütün rəqiblərini geridə qoyaraq, Dünya Kubokunun qızıl medalını əldə edib.
Binəqədidə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edilib
Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər.
Moskvada nəqliyyatda terrorun qarşısı alınıb
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Məlumata görə, həmin qruplaşmanın İŞİD terror təşkilatına bağlı olduğu ehtimal edilir.
Prezident İlham Əliyev Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
36 nəfər saxlanıldı
İstanbul Respublika Baş prokuroruna 36 nəfərin FETÖ terror təşkiltına məxsus ByLock istifadəcisi olduğu məlum olub. Olaylar bildirir ki, Təhlükəsizlik Qüvvələri həmin şəxslərin həbs olunması üçün səhər saatlarında əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı 36 nəfər şübhəli şəxs saxlanılıb.
Milli Dram Teatrında PREMYERA
Oktyabrın 6-da Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat katibi Cavid Zeynallı Olaylar- a bildirib ki, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Meltəm Cumbuldan məşhur rejissora ETİRAZ
Çukurova Universiteti Mədəniyyət Mərkəzində təşkil olunan 24 – cü Beynəlxalq Adana Film Festivalında gözlənilməz an yaşanılıb. Olaylar bildirir ki, festivalın mükafatlandırma gecəsində məşhur aktrisa və tədbirin aparıcısı Meltəm Cumbul “Buğda” filminə görə “Ən yaxşı rejissor” mükafatı nominasiyasında qalib rejissor Semih Kaplanoğlunu tamaşaçıların gözləri önündə pis vəziyyətə salıb.
ABŞ-dan 5 trilyonluq xərc - Üç MÜHARİBƏ
Əfqanıstan və İraq müharibələri, həmçinin İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar ABŞ-a 2001-ci ildən bu yana 1,7 trilyon dollara başa gəlib. Bu haqda ABŞ dövlət büdcəsinin xərclərinin analizi ilə məşğul olan “National Priorities Project” tədqiqat təşkilatının ekspertləri bildiriblər. Ekspertlərin məlumatına görə, ABŞ 2001-ci ilin oktyabrında başladığı Əfqanıstan müharibəsinə 785 milyard dollardan çox xərcləyib. 2003-cü ilin martında başlana İraq müharibəsi 821, İŞİD-ə qarşı mübarizə 17 milyard dollara başa gəlib.
Baş pediatr: “Uşaqlar arasında qrip virusunun epidemiyası müşahidə olunmur”
"Bu il payız mövsümündə havaların soyuması tədricən yox, anidən baş verib. Təbii ki, belə havada uşaqların bu rejimə uyğun geyindirilməsi və qorunması tələb olunur. Lakin bu məsələyə hər valideynin fərqli yanaşması olur. Təəssüf ki, bütün valideynlər prosesləri düzgün şəkildə qiymətləndirə bilmir, bəzən etinasızlıq edir, bəziləri də bunu unudur. Nəticədə də zərər çəkən uşaqlar olur".
Xəzərin səviyyəsi 3 metrədək qalxacaq
"Təxminən 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metr qalxması proqnozlaşdırılır. Hazırda Xəzər dünya səviyyəsindən 27.5 metr aşağıdadır. İndi buzlar əriyir. Pessimist proqnozlara görə, əsrin axırına qədər dünya okeanının səviyyəsi 2-3 metr, optimist proqnozlara görə, 1-1.5 metr qalxacaq. Xəzərin su toplama hövzəsi çox böyükdür, səviyyəsinin qalxması qaçılmazdır".
Kataloniya referendumunun nəticələri açıqlandı
Kataloniyada referendumun nəticələri açıqlanıb. Polis və seçicilərin üz-üzə gəldiyi, yüzlərlə insanın yaralandığı referendumdan sonra Kataloniya prezidenti Puçdemon çıxış edərək müstəqil dövlət qurma haqqı qazandıqlarını bildirib. Səsvermədən iki gün sonra müstəqilliyin elan edilməsi gözlənilir.
Yeddinci turda ən çox azarkeş cəlb edən matç
Topaz Premyer Liqasının 7-ci turunu sadiondan izləmiş azarkeş sayı bəlli olub. Turda ən çox azarkeş "İnter Arena"da qeydə alınıb. Burda baş tutmuş "İnter" - "Neftçi" matçını (0:2) 3500 tamaşaçı tribunalardan izləyib. Ən az azarkeş Qəbələ şəhər stadionunda qeydə alınıb. 175 tamaşaçı "Kəpəz"in "Qəbələ" üzərində 2:0 hesablı qələbəsinin canlı şahidi olub.














