Gündəm

Parlamentdə problemli kredit məsələsi qaldırılıb

2 Oktyabr 2017 13:05

"Azərbaycanda problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır”. “Olaylar” xəbər verir ki, bu təkliflə çıxış edən millət vəkili Əli Məsimli bildirib ki, əgər əvvəllər problemli kreditlərin ümumi kredit portfelində payı 10%-dən az idisə, hazırda çoxdur: “Vaxtı keçmiş kreditlərin vaxtının uzadılmasının heç bir əhəmiyyəti yoxdur. Bu problemi birdəfəlik həll etmək lazımdır". O, həmçinin kiçik biznesin stimullaşdırılması istiqamətində də addımlar atılmalı olduğunu bildirib.

Siyavuş Novruzov: “Azərbaycana göstəriş vermək lazım deyil”

2 Oktyabr 2017 13:04

Millət vəkili Siyavuş Novruzov Avropa Şurası ilə bağlı məsələyə münasibət bildirib. “Olaylar” xəbər verir ki, millət vəkili qeyd edib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa Şurasının öhdəliklərini tam yerinə yetirir. Elə ölkələri var ki, 10 illərdir, öhdəlikləri yerinə yetirmir: “Bu ölkələrlə bağlı tədbir görülmür.

Şövkət Məmmədovanın 120 illik yubileyi - Opera və Balet Teatrında

2 Oktyabr 2017 13:04

Oktyabrın 11-də Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. Olaylar bildirir ki, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunub. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir. Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada teatrın aparıcı solistləri -  əməkdar Artistlər İnarə Babayeva, Fərid Əliyev, Cahangir Qurbanov, Əkrəm Poladov, Xalq Artisti Əli Əsgərov  və gənc solist Nina Makarova çıxış edəcəklər.

Nizami Kino Mərkəzində uşaqlara pulsuz seans

2 Oktyabr 2017 13:01

Mədəniyyət və Turizm Baş Idarəsinin “Turizm həftəsi” lahiyəsi çərçivəsində və Nizami Kino Mərkəzinin dəstəyiylə Binədə yerləşən “Ümüd” uşaq sığınacağının sakinlərinə 3D formatında çəkilmiş ABŞ istehsalı olan “Leqo Nindzyaqo” animasiya filmi nümayiş olunub. Olaylar bildirir ki, Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin əməkdaşları bu nümayişi tam təmənnasız təşkil ediblər.

Kimlər məhrəm, kimlər naməhrəm sayılır?

2 Oktyabr 2017 13:01

Kimlərin bir-birinə naməhrəm olduğunu bilmək üçün əvvəlcə kimlərin məhrəm olduğunu öyrənməliyik. Çünki məhrəmlərin sayı və təbəqəsi şəriətdə dəqiq məlumdur; məhrəm olmayan hər kəs isə naməhrəm sayılır.

Aprel hadisələri xalq həmrəyliyini sarsılmaz ittifaqa çevirdi

2 Oktyabr 2017 12:51

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdilər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri  

2 Oktyabr 2017 12:48

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra-Vike Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin Latviya Universitetində keçirilən “Prezident mühazirələri” layihəsi çərçivəsində xüsusi mühazirə ilə çıxış ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Latviya Prezidenti Raymonds Veyonisin təşəbbüsü və iştirakı ilə keçirilən mühazirələrə bir çox sabiq ölkə başçıları, ictimai-siyasi xadimlər də qatılıb.

Avropada separatizm alovlanacaq

2 Oktyabr 2017 12:46

İspaniyanın Kataloniya muxtariyyətində referendumun keçirilməsi, Qərbin Yaxın Şərq və digər regionlarda bu kimi siyasi separatizmə ikili standartlardan yanaşmasının nəticəsidir.

Deputat: Maliyyə hesabatı verməyən partiyalar cəzalandırılmalıdır

2 Oktyabr 2017 12:45

Milli Məclisin üzvü Siyavuş Novruzov partiyaların maliyyə hesasbatlarına toxunaraq bu məsələdəki boşluqların aradan qaldırılmasını təklif edib: “Bu gün bir sıra psiyasi partiyalar var ki, ümumiyyətlə maliyyə hesabatı verməkdən imtina edir. Bu da yolverilməzdir. Hesab edirəm ki, maliyyə hesabatı verməyən partiyalar haqqında ciddi tədbir görülməlidir, cəzalandırılmalıdır”.

Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

2 Oktyabr 2017 12:43

Parlamentin bu gün keçirilən plenar iclasında “Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qərar layihəsinə baxılıb.“Olaylar” xəbər verir ki, işlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə dəyişikliklərin müzakirəsi yer alıb.

Oqtay Əsədov: “Azərbaycan 10 beynəlxalq parlament asambleyasının üzvüdür”

2 Oktyabr 2017 12:42

Milli Məclisin payız sessiyasının ilk iclası Azərbaycan dövlət himninin oxunması ilə öz işinə başlayıb. “Olaylar” xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov payız sessiyasının ilk açılış günü münasibəti ilə deputatları təbrik edib: “Parlamentin yay sessiyasının 14 iclasında 268 qanun və qərar qəbul edilib.

Gürcüstanda ermənilərin kilsə təxribatı

2 Oktyabr 2017 12:41

Sentyabrın 30-da Gürcüstanda Axalkələk rayonunun Qumburdo kəndində baş verən hadisə erməni və gürcülər arasında ciddi müzakirə mövzusuna çevrilib. Məlumat üçün bildirək ki, Qumburdo kəndinin sakinləri yaxınlıqda yerləşən qəbristanlığa qanunsuz olaraq xaç yerləşdirməyə çalışıblar. Burada əsas məqsəd 10-cu əsrdə tikilən kilsənin yenidən qurulması zamanı aşkar edilən tapıntılar və guya kilsənin erməni "mədəniyyət abidəsi" olmasını sübut etməkdir.

Prezident Şamaxıda üzüm bağları ilə tanış olub

2 Oktyabr 2017 12:32

Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Qranata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub. Məlumata görə, dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. “Az-Qranata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.

MTN generalının məhkəməsində sənədlərin tədqiqinə başlanıb

2 Oktyabr 2017 12:30

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir sıra sənədlər elan edilib. Hazırda iclas davam edir.

Sabiq MTN polkovnikinin məhkəməsi başlayıb

2 Oktyabr 2017 12:29

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.  Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.