Gündəm
QHT-lər Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfərinə etiraz edir- BƏYANAT
22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Prezident İlham Əliyev: “Azərbaycan sabitlik, inkişaf adasıdır”
“Bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk”. Məlumata görə, bunu prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib.
Azərbaycan prezidenti: “Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”
“Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”. Məlumata görə, bunu prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, iqtisadi sahədə əldə edilən nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır: “Yəqin ki, siz eşitmişiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük.
Partiya sədrinin adı obyekt qalmaqalında
“2006-cı ildə “Ələsgəroğlu-K” şirkətindən aldığımız obyektlərə indi Ümid partiyasının sədri İqbal Ağazadənin qardaşı İlqar Ağazadə yiyələnib”. Redaksiyaya müraciət edən Bakı sakinləri belə bir iddia ilə şıxış ediblər. Paytaxt sakinlərinin bildirdiyinə görə, əllərində-ovuclarında son qəpiklərinə qədər pullarını “Ələsgər-K” şirkətinə verib obyekt yeri almalarına və hətta həmin yerləri təmir etmələrinə baxmayaraq, günlərin bir günü İlqar Ağazadənin adamları peyda olub və onların yerlərini zorla əllərindən alıblar.
Dünyanı yeni “müstəqillik” eyforiyası bürüyüb
Həftə sonu Kataloniyada müstəqillik naminə keçirilən referendum Avropaya da separatizm damğasını vurmuş oldu. Düzdür, qoca qitənin sayılıb-seçilən dövlətləri katolonların müstəqillik istəyini normal qəbul etməsələr də, artıq etiraf etmək lazımdır ki, Avropanın qorxduğu başına gəlir. Zaman-zaman bəzi ölkələrə ixrac etdikləri separatizm küləyi indi onlardan da yan keçmir.
Avropa “demokratiyası” qoca qitəni parçalayır
Avropa son illər özünün təlatümlü, ağır, ziddiyyətli dövrünü yaşayır. Ayrı-ayrı krallıqlardan, dövlətlərdən olan parçalanmalar, müəyyən qrupun, etnosun özünü dövlət tərkibində müstəqil elan etməsi qoca qitəni sonu görünməyən bir prosesə doğru aparır. İndi hər kəs, hətta avropalı belə qitənin gələcəyindən bərk narahatdır. Elə millət vəkili Zahid Oruc da bu qənaətdədir. O, bildirib ki, Avropada krallıq üsul-idarələri XXI əsrin sınaqlarına tab gətirmir.
Ukraynada dörd azərbaycanlı yanğında ölüb
Ötən gecə Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Bu barədə “Vsya Vlast” portalı məlumat yayıb. Bildirilir ki, hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb.
Uşaqların Aşuraya aparılmağı Milli Məclisdə etiraz doğurdu
“Azərbaycanda insanlar imam Hüseyn şəhidliyini ağrı-acı ilə qeyd edirlər. Bunlar başa düşüləndir. Mərasimlər keçirilərkən paralellər aparmağa çalışırıq. “İmam Hüseynin müsibəti”, “İsa Məsihin çarmıxı” din və qeyri-din adamlarını düşündürməlidir. Xristian cameəsi zəncirlə, göz yaşlarını bu formada ictimailəşdirib balaca uşaqların həyat yaşantısına çevirirmi? ”.
Dağlıq Qarabağa qanunsuz səfər edənlər hansı ölkənin vətəndaşlarıdır?
“Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı “Qara siyahı”sında 649 şəxsin adı var. Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkə vətəndaşının olmasıdır”. “Olaylar” ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin payız sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib.
Deputat: “Vaxtında tədbir görməsək…”
Milli Məclisinin bu gün keçirilən iclasında Laçın rayon İcra Hakimiyyətinin şöbə müdirinin İraqın şimalında keçirilən referendumu və Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləməsi məsələsi qaldırılıb.
Misirli general Fələstində
Oktyabr ayının 3 də Misir Xüsusi Xidmət Orqanının rəhbəri general Xalid Feyzinin Fələstində yerləşən Ərəb İdarəsinə səfəri gözlənilir. Generalın Ramallahda Fələstin rəhbəri Mahmud Abbasla görüşəcəyi bildirilir.
Azərbaycan düzgün yoldadır
Bu günlərdə Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" açıqlandı. Hesabatda ölkəmiz keçən illə müqayisədə daha iki pillə irəliləyərək 35-cı sırada qərarlaşıb. Keçən illə müqayisədə Azərbaycanın mövqeyinin yaxşılaşması və iki pillə irəliləməsi ölkədə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir.
Daha bir separatçı bölgə müstəqilliyini elan etdi - İngilis BARMAĞI
Kamerunun Anglofon bölgəsindəki separatçı qruplar müstəqillik elan edib. Müstəqillik özünü “Ambazonyanın dövlət başçısı” adlandıran Sisiku Ayukun bazar günü sosial şəbəkədəki status ilə elan edilib. “Biz artıq Kamerunun kölələri olmayacağıq. Bu gün mirasımız və torpaqlarımız üzərində hakimiyyəti gücləndiririk”, - o yazıb.
Yağış yağacaq
Oktyabrın 3-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi, arabir güclənəcək.
Deputat İraq Kürdüstanının "müstəqilliyini" dəstəkləyən məmurun cəzalandırılmasını tələb edib
Milli Məclisdə Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb. “Olaylar” xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov F.Tanrıverdiyevin cəzalandırılmasını təklif edib.














