Dağlıq Qarabağa qanunsuz səfər edənlər hansı ölkənin vətəndaşlarıdır?
“Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı “Qara siyahı”sında 649 şəxsin adı var. Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkə vətəndaşının olmasıdır”. “Olaylar” ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin payız sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib.
2 Oktyabr 2017 13:32 Siyasət"Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı "Qara siyahı"sında 649 şəxsin adı var. Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkə vətəndaşının olmasıdır". "Olaylar" ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin payız sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlarımıza səfər edənlər arasında Rusiya, Fransa, ABŞ, Almaniya və İtaliya vətəndaşları çoxluq təşkil edir: "Azərbaycan XİN-in siyahısında yer alan şəxslərin 160-ı Rusiya, 40-ı Fransa, 50-si ABŞ, 45-i İtaliya, 50-si Almaniya vətəndaşlarıdır. Bu, narahatedici məqamdır. Biz bununla bağlı həmin ölkələrin səfirlərinə müraciət edir və onların təbliğatına böyük ehtiyac olduğunu bildiririk. Çox təəssüf ki, Minsk qrupuna daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli mövqe tutmaq əvəzinə, əksinə sərhədlərimizi pozurlar. Məhz onların vətəndaşları Azərbaycanın icazəsi olmadan işğal altında torplaqlarımıza icazəsiz səfər edirlər. Biz bu siyahıya baxdıqda həmin şəxslərin adi turist deyil, keçmiş səfir, nazir, millət vəkillərinin olduğunu görürük. Son 5 ildə bu tendensiya daha da artıb. Ona görə də daha sərt tədbirləri özündə əks etdirən, İşğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir"- deyə. Q. Paşayeva qeyd edib. Millət vəkili qardaş Türkiyə vətəndaşlarının da qanunsuz xankəndinə əfər etməsi məsələsinə toxunub: "Türkiyə vtəndaşlarının son addımı daha xoşagəlməzdir. Hesab edirəm ki, bu istiqamətdə də ciddi addımlar atılacaq".