Deputat: “Vaxtında tədbir görməsək…”
Milli Məclisinin bu gün keçirilən iclasında Laçın rayon İcra Hakimiyyətinin şöbə müdirinin İraqın şimalında keçirilən referendumu və Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləməsi məsələsi qaldırılıb.
2 Oktyabr 2017 13:30 SosialMilli Məclisinin bu gün keçirilən iclasında Laçın rayon İcra Hakimiyyətinin şöbə müdirinin İraqın şimalında keçirilən referendumu və Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləməsi məsələsi qaldırılıb. "Olaylar" xəbər verir ki, deputat Fazil Mustafa bildirib ki, azərbaycanlı məmurun dövlətin və xalqın maraqlarına zidd olaraq, səsverməyə belə açıq dəstək ifadə etməsi müsbət hal deyil. Deputat qeyd edib ki, bununla bağlı hüquq-mühafizə orqanları ciddi tədbir görməlidirlər: "Bu adam məmur olduğu halda açıq deyir ki, hansısa "Kürdüstan"a görə daşıdığı Azərbaycan pasportunu, hərbi biletini cırmağa hazırdır. Dəhşətlisi odur ki, hələ də Azərbaycan dövlətində tutduğu vəzifəsini icra edir və ona "qaşın üstdə gözün var" - deyən yoxdur. Düzdür, biz kərküklü qardaşlarımıza dəstək veririk, amma bu məmurun bu addımı narahatlıq doğurur. Bununla bağlı vaxtında tədbir görməsək, sonra bu məsələ elə vüsət alacaq ki, gec olacaq".