Deputat İraq Kürdüstanının "müstəqilliyini" dəstəkləyən məmurun cəzalandırılmasını tələb edib

Milli Məclisdə Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb. “Olaylar” xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov F.Tanrıverdiyevin cəzalandırılmasını təklif edib.

Milli Məclisdə Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb. "Olaylar" xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov F.Tanrıverdiyevin cəzalandırılmasını təklif edib. "Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyən şəxslərlə bağlı tədbir görülsün. Necə ola bilər ki, sən üzərində Azərbaycan pasportu gəzdirirsən, amma Kürdüstan dövlətinin yaradılmasını təbliğ edirsən. Özü də bu məmurdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31