Gündəm

Türkiyədən Kataloniya açıqlaması: Növbə Avropadadır

2 Oktyabr 2017 14:33

Avropa özü Kataloniya böhranına reaksiya verməlidir. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş naziri Binəli Yıldırım söyləyib. “İraqın şimalında keçirilən referenduma qarşı çıxdığımız üçün buna da qarşı çıxmalıyıq. İşin arxa tərəfini incələmək lazımdır.

Amerikada rəzalət

2 Oktyabr 2017 14:31

Amerikada növbəti müəllim-tələbə rəzaləti yaşanıb. Kaliforniyada yaşayan 35 yaşlı ingilis dili müəllimi Denielle Matko sinifdə 15 yaşlı şagirdi ilə cinsi əlaqəyə girib. Hadisədən sonra məhkəməyə müraciət edilib.

“Təsəvvür oluna bilməyəcək silahlarımız var” - ABŞ-a HƏDƏ

2 Oktyabr 2017 14:28

Koreya Xalq Demokratik Respublikası (KXDR) təsəvvür oluna bilməyəcək zərbə vasitələrinə malikdir.  Bu haqda Şimali Koreyanın dövlət nəşri “Rodong Sinmun”un məqaləsində deyilir. Məqalədə iddia edilir ki, ABŞ-la müharibə olacağı halda, KXDR “yəqin qələbə qazanacaq”. “Xalq və Koreya Xalq Demokratik Respublikasının ordusu Amerika imperialistlərini məhv etməyə və nəyin bahasına olursa-olsun vətənin yenidən birləşdirilməsinə nail olmağa köklənib”, - nəşr vurğulayır.

“Yaqland körpüləri yandırmağa çalışır”

2 Oktyabr 2017 14:26

“Avropa Şurasının baş katibi Yaqland təşkilatın statusundan istifadə edərək Azərbaycana qarşı kampaniya aparır. O, artıq öz səlahiyyətlərinin çərçivəsini aşır”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Aydın Mirzəzadə deyib.

Azərbaycan Əfqanıstana 1 milyon dollar yardım edib

2 Oktyabr 2017 14:25

Azərbaycan indiyə qədər Əfqanıstana 1 milyon ABŞ dolları həcmində hərbi yardım edib. “Olaylar” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında" Sazişin ratifikasiyası zamanı bildirib.

Çin Ermənistana "yox" dedi, ümid yenə Rusiyaya qaldı

2 Oktyabr 2017 14:22

"Ermənistanla Çin arasında silah təchizatının aparılması barədə razılaşma mövcud deyil" Bu barədə jurnalistlərlə görüşü zamanı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan deyib.  "Çində silah təchizatı barədə razılıq əldə olunmayıb. Amma çox əhəmiyyətli görüşlər keçirilib, strateji danışıqlar və əməkdaşlıq layihələri haqqında müzakirələr aparmışıq"- deyə erməni nazir bildirib.  V.Sarkisyan Ermənistan silahlı qüvvələrinin uzun illər Çindən idxal edilən bəzi silah növlərinə sahib olduğunu bildirib. Erməni nazir, həmçinin bildirib ki, Rusiyadan Ermənistana silah təchizatı ilin sonuna kimi başa çatacaq.

Nigar Camaldan İNANILMAZ HƏRƏKƏTLƏR: qarşısına çıxan kişiləri bir-bir ƏZİŞDİRDİ - VİDEO

2 Oktyabr 2017 14:17

Avroviziya qalibimiz Nigar Camal "Kəklikotu" adlı komediya filminə çəkilib. Ekran işində Arzu obrazını canlandıran ifaçı bu rol üçün xeyli çalışmalı olub. Azərbaycanlı kaskadyorlar qrupuyla məşqlər edən N.Camal cəsarətli döyüş səhnələri ilə diqqət çəkəcək. Hazırlıq prosesindən yayılan görüntülər isə indidən tamaşaçıların marağına səbəb olub. Həmçinin filmdə tanınmış simalarda yer alıb. Onların sırasında aktyorlar Kamran Ağabalayev, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Fərda Xudaverdiyev, Mirsalam Mirsalamov, Rövşən Məmmədli, Əlixan Rəcəbov, rejissor Aqil M.Quliyev və başqaları var.

Qaradağlının hazırda ATV-də çalışan ən yaxın adamları — SİYAHI

2 Oktyabr 2017 14:14

ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı ətrafında söz-söhbət səngimək bilmir. Hazırda ATV-də çalışan ən yaxın adamlarının siyahısını əldə edib. Həmin siyahını olduğu kimi təqdim edirik. Qeyd edək ki, Qaradağlının yerinə CBC telekanalının direktoru Azər Xəlilov təyin olunub.

Yadplanetdə kişi ilə qadının bərabər qalmasının YER ÜÇÜN BÖYÜK TƏHLÜKƏSİ

2 Oktyabr 2017 14:10

Britaniya astronavtı Helen Şarman qəribə açıqlama ilə çıxış edib. O, qeyd edib ki, seks Marsın müstəmləkələşdirilməsi prosesində bütün əməliyyatı təhlükə altına qoyur. Buna görə də, ekipaj həmcins kosmonavtlardan ibarət olmalıdır.

Spiker: ATƏT PA-nın xüsusi nümayəndəsi dəfələrlə saxtakar olduğunu göstərib

2 Oktyabr 2017 14:08

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini saxtakarlıqda ittiham edib. “Olaylar”ın məlumatına görə, O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, belə bir adamın bu vəzifəyə təyin edilməsi düzgün deyil: “O bu yaxınlarda Azərbaycanda səfərdə oldu.

Məşhur filmin ətrafında QALMAQAL

2 Oktyabr 2017 14:06

Türkiyədə Yusuf E adlı şəxs məşhur aktyor Şahan Gökbakarı məhkəməyə verib. Olaylar bildirir ki, vətəndaş Türkiyədə izlənmə rekoru qıran “Rəcəb İvedik 5” filmində Türk millətinin təhqir olunduğunu iddia edir. İstanbul Respublika baş prokurorluğunda ifadəsi alınan aktyor ona və filminə qarşı qaldırılan iddianı rədd etdi. Filmin yayımlanmadan öncə Türkiyə Mədəniyyət Nazirliyində baxıldığını və filmdə heç bir təhqirəramiz durum olmadığı bildirilib.

Rusiyanı qar bürüdü

2 Oktyabr 2017 14:05

Rusiyanın Yekaterinburq və Tümen şəhərlərinə ilk qar yağıb. Məlumata görə, Yekaterinburqda havanın temperaturu mənfi 3 dərəcə təşkil edib. Tümendə isə qar  binaların damlarını örtüb.Son məlumata görə, bölgədə qar yağmaqda davam edir.

Musa Quliyev : “Enerji içkilərinin üzərinə 18+ yazılsın”

2 Oktyabr 2017 14:00

“Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da enerji içkilərinin satışı məhdudlaşdırılsın”. “Olaylar”ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Azərbaycanın müstəqil siyasət kursu Avropada bəzi dairələri narahat edir

2 Oktyabr 2017 14:00

Azərbaycan hər dəfə uğurlu bir layihəyə imza atanda, regionda mövqelərini möhkəmləndirəndə dərhal ona qarşı beynəlxalq səviyyədə təxribat xarakterli kampaniyaya start verilir. Hazırda da belə bir mənfi tendensiya müşahidə edilməkdədir. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair yeni bir müqavilənin imzalanmasından sonra bu hal daha çox müşahidə edilməyə başlayıb.

Qərbin çoxşaxəli Yaxın Şərq siyasəti

2 Oktyabr 2017 13:58

Yaxın Şərq hər ötən gün həlli daha da mürəkkəbləşən, gərginliyin artdığı, silahlı qarşıdurmalar, terror, insane tələfatının çoxaldığı bir regiona çevrilir. Uzun illərdir regionda sülh və sabitlik yaradılması adı altında “çalışan” dünya güclərinin “fəaliyyətinin” nəticəsidir ki, Yaxın Şərq problem həll edilmədən qalır. Əksinə hər il onun üzərinə daha bir problem əlavə olunur.