Gündəm

AzTU Almaniya və Çexiya universitetləri ilə əməkdaşlığı genişləndirir

2 Oktyabr 2017 15:30

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları - dosent Ərəstun Məmmədov və Fariz Əmirov Almaniya və Çexiyayada işgüzar səfərdə olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, alimlər səfər çərçivəsində Almaniyanın Brandenburg Texniki Universitetində (BTU) və Çexiyanın Liberec Texniki Universitetində (LTU) bir sıra görüşlər keçiriblər, elmi məruzələrlə çıxış ediblər.

Kəlbəcərli seçicilərin qəbulu keçirilib

2 Oktyabr 2017 15:29

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. “OLAYLAR” -ın xəbərinə görə, növbəti qəbul oktyabrın 2-də keçirilib. Qəbulu aparan Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub. Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilmiş , onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirmişdir. Bildirilmişdir ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcəkdir. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınmışdır. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilmişdir. Qəbulda 31 nəfər seçici iştirak edib.

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

2 Oktyabr 2017 15:26

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası"na qoşulmaq barədə" məsələ müzakirəyə çıxarılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konvensiyaya qoşulmağın vacibliyini vurğulayıb.

Rusiyada məktəblər boşaldılır - Nə baş verir?

2 Oktyabr 2017 15:24

Səhər saatlarından başlayaraq Rusiyanın Nijni Novqorod şəhərində məktəblər və inzibati binalar təxliyə olunur. Buna bomba qoyulması ilə bağlı anonim zənglər səbəb olub. Son məlumata görə, zənglərdən sonra şəhərdə 11 məktəb təxliyə olunub. Hazırda həmin binalar nəzarətə götürülüb və axtarış işləri aparılır.

Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycan hökumətinin fəaliyyətini təqdir edib

2 Oktyabr 2017 15:22

2017-ci ilin 26-28 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 54-cü plenar iclası keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Prezident İlham Əliyev və xanımı Pirqulu-Dəmirçi avtomobil yolunun açılışını ediblər

2 Oktyabr 2017 15:17

Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.

Nobel Ödülü'nün sahibi belli oldu

2 Oktyabr 2017 15:13

Jeffrey Hall, Michael Rosbash ve Michael Young, tıp alanındaki 2017 Nobel Ödülü'nü aldı. Üçlünün ödül alan çalışması, biyolojik saatlerimizi kontrol eden moleküler mekanizmalar hakkında. Tıp alanındaki Nobel Ödülü, üç ABD'liye gitti. Jeffrey Hall, Michael Rosbash ve Michael Young, Fizyoloji ve Sağlık alanındaki 2017 Nobel Ödülü'nü aldı. Üçlünün ödül alan çalışması, biyolojik saatlerimizi kontrol eden moleküler mekanizmalar hakkında.

NASA-nın yeni açıqlaması

2 Oktyabr 2017 15:06

Son baş verən kosmos hadisəsi alimlərin Qara Dəlik haqqında təsəvvürlərini kökündən dəyişə bilər. NASA-nın yeni açıqlaması buna səbəb ola bilər. Açıqlamaya əsasən, Qara Dəlikdən möhtəşəm enerjiyə malik müəmmalı cisim uçub. Qara Dəlikdən çıxa bilmək üçün cismin ölçüləri də nəhəng olmalıdır. Alimlərin fikrinə görə, Qara Dəlik hətta işıq sürəti ilə hərəkət edən səma cisimlərini də uda bilir.

Əmisi ilə sevişdiyini etiraf etdi: Şəkildəki qadın mənəm

2 Oktyabr 2017 15:05

Məşhur aparıcı-model Murat Başoğlunun "qardaşım qızı deyildi" dediyi Burcu Başoğlu "O qadın mən idim" deyərək hər şeyi etiraf edib.  Murat Başoğlu ilə qardaşı qızı Burcu Başoğlu Kabadayının məhkəmə prosesi 28 noyabrda baş tutacaq. İddianaməyə görə, Başoğlu yaxtada onunla öpüşən qadının qardaşı qızı olmadığını söyləsə də, Burcu "O qadın mənəm" deyib..Murat Başoğlunun yaxtadakı böyük reaksiyaya səbəb olan fotoları ilə bağlı araşdırma yekunlaşıb. Selçuk Kabadayının ifadəsinə görə də arvadı Burcu Kabadayı olaydan sonra hər şeyi ona etiraf edib.

Las-Veqasda 20-dən çox şəxsi öldürənin KİMLİYİ AÇIQLANDI

2 Oktyabr 2017 15:02

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarına atəş açan şəxsin kimliyi bəlli olub. İnsident törədən şəxsin Las-Veqas sakini, 64 yaşlı Stefen Paddok olduğu bildirilir. Hazırda onunla əlbir olan Marilou Danley adlı qadının axtarışları davam etdirilir.

Avropanı yaxşı gələcək gözləmir

2 Oktyabr 2017 15:03

Qərbin uzun illər müxtəlif regionlarda yaratdığı separatizm ocaqları indi onun üçün problemə çevrilib. Söhbət İspaniyanın Kataloniya bölgəsində həftə sonu keçirilən müstəqillik referendumundan gedir. Hər nə qədər mərkəzi Madrid bu referenduma qarşı olsa da, lakin katalonlar israr edərək müstəqillik referendumunu gerçəkləşdirdilər. İndi İspaniya faktiki olaraq parçalanma ərəfəsindədir.

Şimali İraqda iqtisadi tənəzzül

2 Oktyabr 2017 14:56

Şimali İraqda keçirilən qeyri -qanuni referendum səbəbi ilə Türkiyə və İranın tərbiq etdiyi sanksiyalar nəticəsində Ərbil şəhəri başda olmaqla, İraqın digər şəhərləri ilə ticarət əlaqələri demək olar ki, dayandırılıb. Hal – hazırda adıçəkilən bölgəyə qonşu dövlətlərdən qida maddələri satılır.

Deputat bahalaşmanın qarşısını almaq üçün hökumətə çağırış etdi

2 Oktyabr 2017 14:53

 “Bu gün cənab prezident İlham Əliyev havanın yağışlı keçməsinə baxmayaraq, Qobustanda və Şamaxıda müəyyən açılışlarda iştirak edir. Əhalinin yanındadır. Mən ikinci bir prezident tanımıram ki, regionlara bu qədər səfər etsin. Biz regionalara səfər edən zaman insanlarımız bəzi xoşagəlməz şeyləri sizlərə və ölkə prezidentinə çatdırmağı bizdən xahiş edirlər. Hesab edirəm ki, biz bu məlumatları çatdırmaqla cənab prezidentə kömək etmiş oluruq”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Çingiz Qənizadə deyib.O bildirib ki, əhalinin banklarla bağlı müəyyən narazılıqları var.

Parlament bir sıra sənədi ratifikasiya etdi

2 Oktyabr 2017 14:51

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sənədlər ratifikasiya olunub.“Olaylar”ın məlumatına görə, bunlar "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma, "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair" Anlaşmadır.

Ronaldunun 22 zərbəsindən heç biri qol olmayıb

2 Oktyabr 2017 14:45

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu "Espanyol"la oyunda (2:0) məhsuldar ötürmənin müəllifi olub. Portuqaliyalı ulduz bu mövsüm La Liqada qol hesabını hələ aça bilməyib. 32 yaşlı forvard cəza səbəbindən ilk 4 turda meydana çıxmamışdı. Ronaldo son 3 oyunda rəqib qapılarına 22 dəqiq zərbə endirsə də, qapıçılar onun fərqlənməsinə imkan verməyiblər.