Gündəm
Evdən pul və qızıl oğurlayan saxlanıb
Pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini İlham Əsgərov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də rayon ərazisindəki evlərdən birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini İlham Əsgərov tutulub.
5 evi qarət edən şəxslər tutulublar
Paytaxtda oğurluq faktının üstü açılıb. DİN_dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayından sentyabr ayınadək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Səfərov və qardaşı, əvvəllər məhkum olunmuş Ayxan tutulublar.
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Oktyabr ayının ilk günündə respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbirlər həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Misir Milli Kitabxanası müdiri MEK – də
Ölkəmizdə səfərdə olan Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Məhəmməd Şövqi AMEA Mərkəzi Elmi Kitabxanasında olub. Olaylar bildirir ki, qonaq, Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ilə birgə kitabxananın müasir inzibati binasını gəzib, oxu zalları ilə tanış olaraq şəraitdən razılığını bildirib. Misirli qonağa MEK-in Milli Rəqəmsal Yaddaş layihəsi, nadir fond nümunələrinin rəqəmsallaşdırılması prosesi ilə bağlı geniş məlumat verilib. İmzalanma mərasimindən öncə çıxış edən MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Misirin elm, təhsil, mədəniyyət məbədi sayılan ən böyük kitabxanası ilə əməkdaşlıq münasibətlərinin qurulmasından məmnun olduqlarını dilə gətirib. O, Misir Milli Kitabxanasında 150-ə yaxın azərbaycanlı tələbənin təhsil almasını yüksək qiymətləndirib.
Akademiyada iclas
Xoreoqrafiya Akademiyasında Bədii Şuranın geniş iclası keçirilib. Olaylar bildirir ki, iclası giriş sözü ilə açan Bədii Şuranın sədri, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, Akademiyanın ötən 2016/2017-ci tədris ilində qazandığı yaradıcılıq uğurlarından danışdı.
Deputatlarımız ATƏT PA-nın sessiyasına qatılıblar
Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-də Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər ediblər.
Bank rəhbərləri kreditlərə görə Milli Məclisə çağırıldı
“Artıq Azərbaycanda insanların banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb. Keçən il isə bu 1,6 milyard manat idi. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir”.
Milli Məclis Xəqani Abdullayevlə bağlı qərar verdi
Xəqani Sərxan oğlu Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlüyündən azad edilib.“Olaylar”ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, X.Abdullayev başqa işə keçməsi ilə əlaqədar Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılması üçün müraciət edib.Daha sonra təklif səsə qoyularaq qəbul edilib.
“Siyasi partiyalar haqqında qanuna dəyişiklik edilməlidir”
Oktyabın 2-də Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. İclas Azərbaycan himninin səsləndirilməsilə öz işinə başlayıb. MM sədri Oqtay Əsədov bildirib ki, parlamentin yaz sessiyası uğurlu olub. Milli Məclis Konstitusiya ilə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.
Bakı bulvarını xanım polislər qoruyacaqlar
Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən biri-Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədi ilə qadın polis əməkdaşları da bayram və istirahət günlərində xidmətə cəlb ediliblər.
Azərbaycanda sürüşmə-uçqun oldu: bir neçə yerdə sürüşmə sahələri yarandı
Azərbaycanda sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Zığda lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmənin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Həmsədrlərin bu həftə regiona səfəri başlayır
ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə İrəvan və Bakıya səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, o, yerdə vəziyyətlə tanışdıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək. Məlumatda o bildirilir ki, bölgədə olduğu zaman A.Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.
Diplomat: "İŞİD-dən xilas edilənlər arasında azərbaycanlı olduğu ehtimal edilən başqa uşaqlar da var"
“Bağdaddakı azərbaycanlı uşaqların ölkəmizə göndərilməsi üçün İraqhökumətinin qərarını gözləyirik”. Bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda bu istiqamətdə əlaqədar qurumlarla işlər aparılır və siyasi qərar verilməlidir: “İŞİD-dən xilas edilən uşaqlar və valideynləri ilə bağlı rəsmi yazışmalarımızı davam etdiririk. İraq hökumətinin onların Azərbaycana göndərilməsi ilə bağlı müsbət qərarı olmalıdır. Burdakı qurumlar da bu işdə bizə köməklik göstərməyə çalışır”.
Sumqayıtda törədilən qətlin üstü açılıb
Bu il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyəsinin əziyi xəsarətləri ilə Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən orada ölməsi faktı əsasında əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri həyata keçirilib.
Azərbaycana sırınan Madrid prinsipləri indi Madridi təhdid etməkdədir
“İspaniya hüquqi kazusla üzləşib. Katalonlar dünən səsvermələri ilə faktiki müstəqilliklərini elan etdilər”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən VİP sədri Əli Əliyev deyib ki, dünənki referendum yaddaşında bir hadisəni canlandırıb: “Bir neçə il əvvəl yenicə siyasi həyatda sərbəst fəaliyyətə başlamışdım. VİP təmsilçisi olaraq ATƏT-in keçici sədri, o zamankı İspaniya xarici işlər naziri ilə görüşə dəvət almışdım.













