Akademiyada iclas

Xoreoqrafiya Akademiyasında Bədii Şuranın geniş iclası keçirilib. Olaylar bildirir ki, iclası giriş sözü ilə açan Bədii Şuranın sədri, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, Akademiyanın ötən 2016/2017-ci tədris ilində qazandığı yaradıcılıq uğurlarından danışdı.

Daha sonra Bədii Şuranın gündəliyi təsdiq olundu və iclas öz işinə başladı. İlk öncə Bakı Xoreoqrafiya Akademiyası təhsil kompleksinin hər bir təhsil pilləsində 2016/2017-ci tədris ili üçün ixtisas fənləri üzrə imtahanların nəticələri və yaradıcılıq işləri, eləcə də xoreoqrafiya sənəti üzrə tələbələrin təcrübəsi haqqında hesabatlar dinlənildi.
Hesabatlardan sonra 2017/2018-ci tədris ili üçün cari və perspektiv planlar müzakirə olundu. Qeyd olundu ki, tədris ili ərzində nəzərdə tutulan işlər arasında Akademiyada dünyanın tanınmış müəllim-xoreoqrafları və baletmeysterlərinin ustad dərslərinin təşkili, Akademiyanın yüksək ixtisaslı müəllimlərinin xaricdə ustad dərslərinin keçirilməsi, öncədən bağlanmış müqavilələrə əsasən xarici sənət ali təhsil müəssisələri ilə yaradıcılıq mübadiləsinin aparılması, yaradıcılıq ezamiyyələrinin gerçəkləşdirilməsi, böyük əhəmiyyət kəsb edən Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə II Beynəlxalq Müsabiqənin keçirilməsi Akademiya qarşısında duran ən mühüm vəzifələrdəndir. Şura sədri vurğuladı ki, bu müsabiqə Akademiyanın ən mötəbər tədbirlərindən biridir. İclasın sonunda Bədii Şurada təmsil olunan respublikamızın tanınmış sənət adamları, xalq və əməkdar artistləri Akademiyanın fəaliyyətinin daha səmərəli olmasını nəzərdə tutan təklifləri ilə çıxış etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31