Gündəm

18 kiçik dövlət müəssisəsi hərraca çıxarılacaq

2 Oktyabr 2017 16:53

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, budəfəki hərracda müxtəlif çeşidli 116 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 3-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir

Avtomobildən 8380 ədəd siqaret aşkar edilib

2 Oktyabr 2017 16:52

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "QAZ 24" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən mlumata görə, yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilən saxlanc yerindəki pərdənin arxasından gömrük nəzarətindən gizlədilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 8380 ədəd üzərində "Sakurorto" yazısı olan siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Bakıda beynəlxalq seminar keçirilib

2 Oktyabr 2017 16:49

Bakı Biznes Tədris Mərkəzində "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarlar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin, Almaniyanın ölkəmizdəki Səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2016-cı ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursu keçmiş 40-dan çox sahibkar və gənc menecer iştirak edib.

Azərbaycan məhsulları "ANUGA" Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

2 Oktyabr 2017 16:48

Banner entrance area Northern Halls 5x4mBu ilin 7-11 oktyabr tarixlərində Azərbaycan məhsulları növbəti dəfə vahid ölkə stendi ilə Almaniyanın Köln şəhərində keçiriləcək "ANUGA" Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq. “Olaylar” xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyi tərəfindən keçirilmiş müsabiqə əsasında seçilmiş 21 Azərbaycan şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları təqdim ediləcək.

Mənzildə yanğın olub -5 nəfər təxliyə edilib

2 Oktyabr 2017 16:41

Bakı şəhərinin Yasamal rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyidən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 45 m2 olan 2 otaqlı mənzildə 1 ədəd divan yanmışdır. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qubada ferma yanıb

2 Oktyabr 2017 16:40

Quba rayonu, İkinci Nügədi kəndində fermada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 1000 m2 olan fermanın taxta döşəməsi 100 m2 sahədə və içərisinə yığılmış 100 ton ot bağlaması yanmışdır. Bitişik taxıl anbarı yanğından muhafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Özünü beşmərtəbəli binadan atmaq istədi

2 Oktyabr 2017 16:39

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinə çıxmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən mlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırmışlar. Əməliyyat başa çatmışdır.

Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı tarixi ənənə mövcuddur

2 Oktyabr 2017 16:29

Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı tarixi ənənə mövcuddur Söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir.

Məktəblər şagird sayına görə maliyyələşdiriləcək

2 Oktyabr 2017 16:27

2020-ci ilə qədər Azərbaycanda məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir. Bu “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblilərin özünümaliyyələşdirmə sisteminə keçidlə bağlı açıqlama verib.

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Şimali Kipri tanımağa çağırdı

2 Oktyabr 2017 16:25

Kipr adasının yunan və türk hissələrinin birləşdirilməsi üçün edilən növbəti cəhdin də iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Cek Strou  "The Independent" qəzetində yazır ki, əksinə adanın ikiyə bölündüyünü qəbul edərək "hər iki Kipri" beynəlxalq aləmdə rəsmən tanımağın vaxtı çatıb.

Avropa Komissiyası: Kataloniyadakı referendum qeyri-qanunidir

2 Oktyabr 2017 16:21

Kataloniyanın müstəqilliyi üzrə oktyabrın 1-də keçirilmiş referendum qeyri-qanunidir.  Bu barədə Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bildirib.

Rusiyada ÜAK-ın əvəzinə yeni diaspor strukturu yaradıla bilər

2 Oktyabr 2017 16:19

Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərar qüvvədə qalarsa, qısa zamanda azərbaycanlıların yeni diaspor strukturu yaradılacaq. Əldə edilən məlumata görə, yeni təşkilat, çox güman, ÜAK-ın bazasında fəaliyyət göstərəcək. Mənbə bildirib ki, yeni struktur yaradılarsa, onun tərkibinə həm ÜAK üzvləri, həm də son illərdə diasporun fəaliyyətində fəal iştirak etmiş yeni simalar daxil olacaq. Yeni təşkilatın strukturu və onun nizamnaməsi ÜAK-dakına bənzər olacaq. Sonuncunun tezliklə diaspor fəallarının ixtiyarına təqdim ediləcək yeni geniş ofis aldığı məlumdur. Yeni təşkilatın fəaliyyətində vaxtilə ÜAK-ı tərk etmiş böyük azərbaycanlı iş adamlarının iştirak edəcəyi gözlənilir.

Bakıda saxlanılan 32 nəfərdə QİÇS, HİV və digər xəstəliklər aşkarlanıb

2 Oktyabr 2017 16:12

Vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşlarının sentyabrın 15-dən 30-dək keçirdiyi tədbirlərlə 83 nəfər saxlanılıb.

Sumqayıtda 16 dilənçi saxlanıb

2 Oktyabr 2017 16:10

Dilənçiliklə məşğul olan 16 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən şəhər ərazisində dilənçiliklə məşğul olan 16 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Balıq oğrusu yaxalanıb

2 Oktyabr 2017 16:09

30 kiloqram balıq oğurlamaqda şübhəli bilinən Neftçala şəhər sakini İsmayıl Əliyev tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də rayon ərazisindəki süni göllərdən birindən 30 kiloqram balıq oğurlamaqda şübhəli bilinən şəhər sakini İsmayıl Əliyev tutulub.