Gündəm

Las-Veqasda atışmada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmadığı araşdırılır

2 Oktyabr 2017 17:56

"ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə baş sağlığı veririk. Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik". Bunu  açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır", - deyə H. Hacıyev bildirib.

Ölkədə əlverişli biznes mühiti formalaşıb

2 Oktyabr 2017 17:46

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi müsbət nəticəsini verməkdədir “2016-cı il və 2017-ci ilin birinci yarımili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın müvafiq işçi qrupu tərəfindən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq Komissiyaya təqdim edilib”.

Türkmənistan prezidenti: "Xəzərin statusu ilə bağlı Konvensiya növbəti sammitdə razılaşdırıla bilər"

2 Oktyabr 2017 17:43

“Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya sahilyanı ölkələrin dövlət başçılarının növbəti görüşündə razılaşdırıla bilər”. Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov rusiyalı həmkarı Vladimir Putinlə Aşqabadda görüşü zamanı deyib: “Ümid edirik ki, Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində birgə işin yekunu nəzərdən keçiriləcək. Bu məsələ strateji əhəmiyyət daşıyır.

Ukrayna xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

2 Oktyabr 2017 17:40

Ukrayna xarici işlər naziri Pavel Klimkinin Azərbaycana səfəri başlayıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Ukraynalı nazir sabah rəsmi görüşlər keçiriəcək. Xarici  işlər naziri Elmar Məmmədyarovla görüşdə iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri və prezidentlər səviyyəsində tədbirə hazırlıq məsələləri müzakirə olunacaq. Pavel Klimkinin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.

Ermənilər Gürcüstanda HƏRƏKƏTƏ KEÇDİ: parçalma PLANI - VİDEO

2 Oktyabr 2017 17:38

Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində qarşıdurma baş verib. Cavaxetiyanın Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi isə buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb. “Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin mərhələsidir”, - deyə “kavkazplus” saytı yazır.

Bakıda reyd keçirildi - Əxlaqsızlıq edən 83 nəfər saxlanıldı

2 Oktyabr 2017 17:30

Daxili İşlər Nazirliyi və Baş prokurorluğun mətbuat xidmətləri Bakıda əxlaqsız həyat tərzi keçirən şəxslərlə bağlı birgə məlumat yayıb. “Olaylar”a daxil olan məlumatda deyilir: "Vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılıb.

Parlament hərbi xidmətlə bağlı dəyişikliyə “hə” dedi

2 Oktyabr 2017 17:28

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da dəyişikliklər edilib. "Olaylar” xəbər verir ki, dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək.

Polis üçün yubiley medalı təsis olundu

2 Oktyabr 2017 17:27

"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunub. “Olaylar”-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Xanhüseyn Kazımlıya medal verildi

2 Oktyabr 2017 17:26

Deputat Xanhüseyn Kazımlı Milli Məclisin (MM) Fəxri medalı ilə təltif olunub.“Olaylar”-ın məlumatına görə, bununla bağlı MM sədri Oqtay Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, X.Kazımlı 75 illik yubileyi ilə əlaqədar Fəxri medalla təltif edilib.

Azərbaycan ikinci yerə çıxdı

2 Oktyabr 2017 17:24

Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Xalqların mədəniyyət və kulinariya Festivalı keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, festivalda Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Hindistan, Koreya, Avropa Birliyi, Gürcüstan, Pakistan, Ukrayna, Qırğızıstan, Fələstin, Əfqanıstan və s. ölkələr iştirak edib, öz guşələrini təqdim ediblər.

Deputat: "Kataloniyada separatçıların müstəqillik istəməsi düşünülmüş ssenaridir"

2 Oktyabr 2017 17:22

"İspaniyanın Kataloniya bölgəsində separatçıların müstəqillik istəməsi düşünülmüş bir ssenaridir". Bunu açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, bu hadisə dünyada gedən proseslərin istiqamətini dəyişmək məqsədi güdür: "Müəyyən dairələr, qüvvələr var ki, separatizmi dəstəkləmək vasitəsilə dünyanın yenidən bölüşdürülməsi və bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu da qətiyyən yol verilməsi mümkün olmayan bir məsələdir. Çox təəssüflər olsun ki bu, beynəlxalq qurumların ikili standart siyasətlərinin nəticəsidir. İstər BMT-nin, istər ATƏT-in, istər Avropa İttifaqının, xüsusən də AŞPA-nın ikili yanaşmasının nəticəsidir ki, artıq Avropada biz parçalanmanın, separatizmin şahidi oluruq. Bu proseslər gələcəkdə çox boyük fəlakətlərə gətirib çıxara bilər. Bu proseslərin qarşısı təcili alınmalı və separatistlərə qiymət verilməli, onlara qarşı sanksiya və təzyiqlər tətbiq olunmalıdır".

Qərb “demokratiyası”

2 Oktyabr 2017 17:20

Qərb hər zaman özünün “demokratiyası” ilə dünyada “nümunə” rolunu oynayıb. Dünən də belə olub, bu gün də belədir. Yəqin ki sabah da bu dəyişməz olaraq qalacaq. Nə qədər ki, Qərbin baxış bucağı, yanaşma tərzi dəyişməyib.

Prezident gələn ilin anonsunu verdi: maaşlar və pensiyalar artacaq

2 Oktyabr 2017 17:19

Prezident İlham Əliyev bu gün Qobustan rayonunda sakinlərlə görüşü zamanı gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağını deyib. Virtualaz.org qeyd edir ki, prezidentin ölkədə iki ildir yaşanan iqtisadi geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etməsi sadəcə olaraq proqnoz deyil və mövcud iqtisadi situasiyaya, gələn ilin büdcə layihəsinə əsaslanan möhkəm qənaətdir.

Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

2 Oktyabr 2017 16:56

Oktyabrın 2-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

Hərbi Dəniz Qüvvələrində hazırlıq üzrə məşqlər keçirilir

2 Oktyabr 2017 16:55

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin hazırlıq məşqləri keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, məşqlər Hərbi Dəniz Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq keçirilir.