Gündəm

Nobel mükafatı laureatlarının adları açıqlandı

2 Oktyabr 2017 18:43

İsveçdə fiziologiya və tibb sahələri üzrə Nobel mükafatının sahibləri elan edilib.2017-ci ildə bu mükafata amerikalı alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Onlar bu mükafata “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə layiq görülüblər.  Laureatlar 9 milyon isveç kronu həcmində pul mükafatı alacaqlar. Ənənəyə uyğun olaraq, Nobel mükafatları dekabrın 10-da Alfred Nobelin ölümünün ildönümündə Stokholmda təqdim ediləcək.

Frank Riberi ciddi zədə alıb

2 Oktyabr 2017 18:38

“Bavriya”nın futbolçusu Frank Riberi ciddi zədə alıb. Məlumata görə, fransalı yarımmüdafiəçinin Bundesliqanın son turunda “Herta” ilə oyunda diz bağları zədələnib.

Saçlarını satıb ailəsinə ev aldı

2 Oktyabr 2017 18:35

Braziliyada yaşayan "Braziliyalı Rapunzel" ləqəbli Nataşa Moraeş de Andrade doğulduğundan bəri kəsilməyən saçları ilə ailəsini ev sahibi edib. Saçlarını yumağa həftədə 4 saat sərf edən 12 yaşlı Nataşa saçlarının 1.6 metr uzunluğundakı hissəsini 5 min dollar müqabilində kəsdirərək, əldə olunan pulla ailəsinin ev almasına kömək göstərib.

Türkiyəli ilə ailə quran aktrisamız: “İlk həyat yoldaşı bizi şantaj edir”

2 Oktyabr 2017 18:31

Türkiyə vətəndaşı ilə ailə qurub, İstanbula köçən aktrisa Cəmilə Tağıyeva həyat yoldaşının ikinci xanımı olması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Məlumata görə, musavat.com saytına açıqlama verən aktrisa həyat yoldaşının birinci evliliyindən xəbərdar olduğunu deyib: “Həyat yoldaşımın daha öncə evlənib boşandığını bilirəm. Bir ilə yaxın evli olublar.

Əmrah 8 milyona villa aldı

2 Oktyabr 2017 18:27

Müğənni-aktyor Əmrah qazandığı pulları daşınmaz əmlaka yatırmağa davam edir. Sənətçi Bodrumda yeni villa alıb. Əmrah yeni evinə 8 milyon lirə (təxminən 4 milyon manat) pul verib. 

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verdi

2 Oktyabr 2017 18:24

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

Sizdə zob xəstəliyi inkişaf edə bilərmi?

2 Oktyabr 2017 18:24

İldən ilə bütün dünyada qalxanvari vəzi xəstəliklərinə tutulmuş insanların sayı artır. Həmçinin son zamanlar qalxanavari vəzi şişlərinin sayı da artmaqdadır. Mütəxəssislər bunu dünyada ekoloji şəraitin pisləşməsi ilə izah edir. Azərbaycanda qalxanvari vəzi xəstəliklərinə kifayət qədər tez-tez rast gəlinir. Bunun səbəbi ölkəmizin bir çox bölgələrində suda, havada və torpaqda yodun az olmasıdır. Bildiyimiz kimi, yodun orqanizmdə normal səviyyədə olması qalxanvari vəzinin fəaliyyəti və sağlamlığı üçün ən vacib amillərdən biridir.

Sağlam olmaq üçün gün ərzində nə qədər addım atmaq lazımdır?

2 Oktyabr 2017 18:20

Fiziki aktivlik sağlamlıq və cavanlığın təməlidir. Sübut olunub ki, fiziki aktivlik bir çox xəstəliklərin və pozulmaların, o cümlədən, ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin, piylənmənin, xərçəngin qarşısını almağa kömək edir.

İnsan orqanizmi haqda çox maraqlı faktlar...

2 Oktyabr 2017 18:15

1. Qan təchizatı olmayan yeganə bədən hissəsi - gözün buynuz təbəqəsidir. Bu orqan oksigeni havadan alır. 2. Uşaq 7 aylığına qədər eyni anda həm udquna, həm də nəfəs ala bilir. 3. Kəllə sümüyü 29 müxtəlif sümükdən ibarətdir. 4. Asqırma zamanı insanın bütün funksiyaları dayanır, hətta ürək də. 5. Beyindən gedən sinir impulsu 274 s/km sürəti ilə hərəkət edir.

Dəməşqdə partlayış - 15 ölü

2 Oktyabr 2017 18:13

Suriyanın paytaxtı Dəməşqdə törədilmiş partlayış nəticəsində 15 nəfər həlak olub. Partlayış polis məntəqəsinin yaxınlığında 4 intiharçı tərəfindən törədilib. Həlak olanlardan 10 nəfərinin dinc sakin olduğu bildirilib. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Neslihanın təbii halı təəccübləndirdi - Reklamda çoxlarını aldadıbmış

2 Oktyabr 2017 18:10

"Yaprak Dökümü" serialı ilə ekrana çıxan, "Kara Sevda" ilə şöhrətinin zirvəsini yaşayan aktrisaNeslihan Atagülün təbii halinin şəkli yayılıb. Onun makiyajsız və saçlarının qaynaqsız olması izləyicilərin diqqətini çəkib.

Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu  Avropa Regional İclası keçirilir

2 Oktyabr 2017 18:03

Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası öz işinə başlayıb. İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Təyyarə qəzaya uğradı - Volqa çayına düşdü

2 Oktyabr 2017 18:00

Samarada yüngül matorlu təyyarə qəzaya uğrayıb.  Təyyarənin Volqa çayına düşdüyü barədə xəbər verilib. Məlumata görə, qəza yerli vaxtla saat 11:00-da baş verib. Təyyarədə olan hər 2 pilotun salamat qaldığı bildirilib. Hadisə ilə bağlı araşdırma başlayıb.

Ermənistanda naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb

2 Oktyabr 2017 17:58

Naməlum şəxs İrəvandakı “Ermənistan” tibb mərkəzinə girərək odlu silahdan nizamsız atəş açıb. Məlumata görə, bu barədə “news.am” Ermənistan polisinin mətbuat xidmətinə istinadən yazıb.