Gündəm
Ardadan ayrılan Aslıhan eks-sevgilisi ilə barışdı
"Barselona"lı futbolçu Arda Turandan ayrılan Aslıhan Doğan keçmiş sevgilisi Selio Saaba qayıdıb. Doğan məşhur dizayner Əli Saabın oğlu ilə 2 il yarım sevgili olub. Cütlük İnstaqramda yenidən bir-birini izləməyə başlayıb.
2017-ci ildə virtual və artırılmış reallıq qurğularının tədarük həcmi artacaq
“CCS Insight” şirkətinin analitikləri virtual və artırılmış reallıq (“Virtual reality”, “VR/Augmented Reality”, “AR”) qurğuları bazarında kəskin artım proqnozlaşdırırlar. 2017-ci ildə istehsalçılar təxminən 16 milyon virtual və artırılmış reallıq cihazları istehsal edəcəklər ki, bu da 2016-cı illə müqayisədə 47% daha çoxdur. Sözügedən bazarın həcmi 1,6 milyard dollar məbləğində qiymətləndirilir.
“Huawei Mate 10” smartfonu fərdi kompüter rejimində işləyəcək
Təqdimatı gözlənilən qabaqcıl “Huawei Mate 10” smartfonu fərdi kompüter rejimində işləmək imkanı ilə təchiz ediləcək. Bu barədə məlumatı “MirAxess” şirkətinin direktoru Yanis Anteur təsdiq edib.
Gələn il 1 milyarddan çox smartfon barmaq izi skaneri ilə təchiz ediləcək
Bu gün artıq bir çox smartfonlar barmaq izi skaneri ilə təchiz edilib. Lakin gələn il “ağıllı” telefonların barmaq izi skaneri ilə təchiz edilməsi trendi daha geniş vüsət alacaq. Bundan başqa, sözügedən texnologiya təkmilləşdirilir.
“Facebook” sifətin tanınması texnologiyasının sınağına başlayıb
“Facebook” sosial şəbəkə istifadəçilərinə hesabın itirilməsi zamanı ondan istifadənin bərpasına imkan verəcək sifətin tanınması texnologiyasını sınaqdan keçirməyə başlayıb.
Sarı kart alan futbolçu oyundan qovuldu
Transfer mövsümünün başlanğıcında Türkiyənin “Beşiktaş” klubundan Fransanın “Lyon” klubuna transfer edilən Marselo Quedes çıxdığı son matçdan qəribə formada qovulub.
Bürclərin oktyabr ayı üçün MALİYYƏ VƏ SEVGİ PROQNOZU
Münəccimlər oktybar ayında istisnasız olaraq bütün zodiak işarələrinə öz qayğısına qalmağı və hər xırda detallara diqqət yetirməyi məsləhət görüb.
Kanadada “Samsung” süni intellekt laboratoriyası açılıb
"Samsung” şirkəti Kanadada süni intellektin tədqiqatı üzrə laboratoriya açıb. Cənubi Koreya istehsalçısının Monreal Universiteti nəzdində istifadəyə verilən laboratoriyası təhsil müəssisəsinin müəllimlərinin tələbələrlə birlikdə süni intellektin tədqiqi məsələlərində fəal iştirakını nəzərdə tutur. “Samsung” şirkəti ilə uzun müddət əməkdaşlıq edən professor Yoşua Benqio məhz bu ali məktəbdə çalışır. Laboratoriyanın məqsədi sürücüsüz avtomobillər, obrazların tanınması, mətn və səsin tərcüməsi və robot texnikasının inkişafı daxil olmaqla bir neçə istiqamətdə tədqiqatlar aparmaqdan ibarətdir. Geniş gələcək planlarına malik “Samsung” rəhbərliyi laboratoriyanın yaxın vaxtlarda ilk bəhrəsini verəcəyinə ümid edir.
“Google” şirkəti iki mərhələli autentifikasiyanı daha təhlükəsiz sistemlə əvəz edəcək
“Google” şirkəti iki mərhələli autentifikasiyanı əvəz etmək üçün yeni “Advanced Protection Program” sistemini hazırlayır. İndi adi paroldan sonra əlavə kodun daxil edilməsi ən təhlükəsiz metodlardan biri hesab edilir, amma cinayətkarlar fişinq hücumu və ya digər metodlarla parolu ələ keçirə bilərlər. “Bloomberg”in hesabatına əsasən, gələcəkdə istifadəçilər “Yubikey” kimi fiziki açarlardan istifadə edəcəklər.
Avropada ilk ictimai “5G” şəbəkəsi istifadəyə verilib
“Intel” şirkəti “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı və “Telia” mobil operatoru ilə birlikdə Avropada ilk ictimai beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) istifadəyə verib.
“Google Drive” servisi “Files” proqramını dəstəkləməyə başladı
"Google" şirkəti faylların saxlanılması üçün nəzərdə tutulmuş "Google Drive" proqramını yeniləyib və indi o, "iOS 11" mobil sistemində işləyən "Files" proqramını dəstəkləyir. Bu haqda "Apple Insider" nəşri məlumat yayıb.
Dünyada ən məşhur türk serialları - YENİ REYTİNQ
Türkiyədə orta statistik vətəndaş hər gün 9 saatı televizor, smartfon, planşet və ya kompüter ekranı qarşısında keçirir. Televizora baxışa sutkada 4 saat vaxt ayrılır. "Interpress Media Services" son hesabatında belə deyilir. Hesabata görə, hazırda dünyanın 100 ölkəsində Türkiyədə çəkilən teleseriallara baxılır. Teleserial "ixracı" baxımından Türkiyə dünyada ABŞ-dan sonra 2-ci yeri tutur. Belə ki, Türkiyə ötən il teleserial satışlarından 350 milyon dollar əldə edib.
Evander Holifild: Boksu daha da təkmilləşdirmək lazımdır
Azərbaycan gözəl ölkədir və buraya bir daha qayıtmaq istəyirsən. Bunu boks üzrə superağır çəkidə dördqat dünya çempionu, ikiqat mütləq dünya çempionu Evander Holifild deyib.
Məşhur türk həkimdən SENSASİYALI müsahibə
Bu gün dünya əhalisinin böyük bir hissəsi xroniki baş ağrıları olan "miqren" diaqnozundan əziyyət çəkir. Son günlərədək müalicəsinin olmadığını düşündüyümüz bu xəstəliyin çözümünü məşhur türkiyəli həkim Emel Gökmen tapıb. Emel xanım həmçinin müalicəsi olmayan fibromialgiya diaqnozunun qoyulması və müalicə üsullarını da müəyyən edib.
Uşaqda qızdırma, qusma, öskürək varsa, nə etməli? – PEDİATR TÖVSİYƏSİ
Payız fəslidir və havalar artıq sərin, küləkli olmağa başlayıb. Gün keçdikcə havalar daha da soyuyur və yağışlı günlərin başlamasına elə də çox müddət qalmayıb. Bu cür havalar xüsusilə də uşaqların səhhətində problemlər yaradır, onların xəstələnməsinə yol açır. Məhz hava keçidlərində uşaqlarda qızdırma, halsızlıq, öskürək, qusma kimi hallara çox rast gəlinir. Bəs bu cür narahatlıqları aradan qaldırmaq üçün valideynlər nələrə diqqət etməlidir?














