Gündəm

Qadın uşağını kanalizasiyaya atdı - "Zorlanmışam" deyirdi, gerçəklər bilindi 

3 Oktyabr 2017 11:31

"Taksi sürücüsü məni zorlayıb" deyirdi, gerçəklər məlum olub. Sevgilisindən hamilə qalıb, lakin valideynlərinə və polisə zorlandığını söyləyən qadın uşağını öldürüb, paketə büküb, kanalizasiyaya atdığına görə həbs olunub. 29 yaşlı Sinead Connett Villiam adlı uşağının cəsədini kanalizasiyaya atmazdan öncə paketə büküb. O, 1 il müddətinə azadlıqdan məhrum edilib. Qadının uşağı necə öldürməsi ilə bağlı araşdırma aparılır.

Gürcüstanda erməni xəyanəti

3 Oktyabr 2017 11:27

Er­mə­ni­lə­rin Cə­nu­bi Qaf­qaz­da se­pa­rat­çı si­yasətinin, tək­cə Azər­bay­can yox, bü­tün re­gi­on üçün cid­di təh­did mən­bə­yi­nə çev­ri­ldiyi bəllidir. Dağlıq Qarabağ, eləcə də Gürcüstanın Axalkalaki bölgəsində güclənən separatizm bu siyasətin bariz nümunəsidir. Gür­cüs­ta­na qar­şı əra­zi id­dia­la­rın­da olan er­mə­ni­lər son vaxtlar ye­ni­dən bu ərazidə fə­al­la­şıb­lar.

Deputat: Bu, AŞ PA-da "Yaqland yeniliyi" kimi tarixə düşə bilər

3 Oktyabr 2017 11:24

Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Azərbaycana qeyri-obyektiv münasibəti bu vəzifədə olmamışdan da müşahidə edilib. Bunu açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Trampdan YENİ QƏRAR - Bu dəfə Kuba ilə bağlı

3 Oktyabr 2017 11:23

ABŞ prezidenti Donald Trampın administrasiyası Kuba səfirliyinin Vaşinqtondakı əməkdaşlarının sayını 60 faiz azaltmağı planlaşdırır. Məlumata görə, mənbələr dövlət departamentinin bu qərarı bu gün açıqlayacağını qeyd edib. Mənbənin verdiyi məlumata görə, bu qərar Kubanı cəzalandırmaq məqsədilə qəbul edilmiş addım deyil. Məqsəd hər iki ölkədə diplomatların sayının eyni olmasını təmin etməkdir.

Verner Almaniya millisindən uzaqlaşdırıldı

3 Oktyabr 2017 11:22

Almaniya millisində növbəti itki baş verib. Hücumçu Timo Verner komandadan uzaqlaşdırılıb. Buna səbəb gənc forvardın Çempionlar Liqasının qrup mərhələsində "Beşiktaş"la səfər matçında xəsarət alması göstərilib. Belə ki, "Leypsiq"in 0:2 hesabı ilə məğlub olduğu görüşdə azarkeşlərin səsindən qulağı batan və boyun əzələsində ağrılar hiss edən Verner Bundesliqanın ötən turunda "Köln"lə matçı buraxmışdı.

"Barselona" La Liqanı tərk edə bilər

3 Oktyabr 2017 11:21

"Barselona" prezidenti Josep Maria Bartomeu Kataloniyanın müstəqillik əldə edəcəyi təqdirdə La Liqanı tərk etmək imkanını müzakirə edəcəyini söyləyib. "Barsa" son La liqa matçını "Camp Nou"da qapalı qapılar arxasında "Las Palmas" üzərində 3-0 qazanaraq keçirib.

Aktrisadan Vatan Şaşmazın serialda əvəzlənməsi ilə bağlı açıqlama

3 Oktyabr 2017 11:19

Hazırda "Çocuklar Duymasın" serialına çəkilən aktrisa Pınar Altuğ bir müddət əvvəl öldürülən aktyorVatan Şaşmazın ekran işində əvəzlənməsi ilə bağlı açıqlama verib. O, açıqlamasında Vatan Şaşmazın çəkildiyi obrazı daha kimsə əvəzləməyəcək.

"Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır"

3 Oktyabr 2017 11:17

Kataloniya bölgəsində separatçı qüvvələrin müstəqillik istəməsi yolverilməzdir. Bunu açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili bildirib ki, Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır. "Bütün dövlətlərin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış əraziləri var. Bu gün həmin sərhədlər dəyişilməzdir, toxunulmazdır. Hər bir dövlətin sərhədləri daxilində muxtariyyət ola bilər, amma orada dövlətin suverenliyinə qarşı hər hansı separatçı addımın atılması yolverilməzdir. Kataloniya bölgəsində də separatçıların müstəqillik istəməsi qəbuledilməzdir. İspaniyanın ərazi bütövlüyü qorunmalı, ərazilərdə İspaniya qanunları hakim olmalıdır".

Gənc müğənni Çinarə təhdid olundu: "Səni öldürəcəm"

3 Oktyabr 2017 11:12

Türkmənistanlı müğənni Çinarə evinin önünə qədər gələrək onu ölümlə təhdid edən pərəstişkarından şikayət edib.  Hələ 3 yaşında Türkmənistan prezidenti tərəfindən "Ən kiçik sənətçi" adını alan və professional musiqi həyatına Türkiyədə davam etmək haqda qərar verən gənc müğənni Çinarə keçən ay "Kandıramazsın" adlı albom da çıxarıb.

Sekuta: "Las-Veqasda baş vermiş hadisə çox dəhşətlidir"

3 Oktyabr 2017 11:10

Las-Veqasda baş vermiş hadisə çox dəhşətlidir.  Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Las-Veqasda çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən insidentə münasibət bildirərkən deyib.

Artıq yadplanetli qorxusu qalmadı: “hər şeyi görə bilən” radarlar sınaqdan keçirildi

3 Oktyabr 2017 11:07

Çində ultra yüksək tezlikli dalğalardan istifadə edən “T-radar”ların sınaqlarına başlanılıb. 1 mm-dən də az dalğa ölçüsünə sahib olan bu radarlar radio şüaları ilə optik şüalar arasındakı diapazonda işləyir. Bunun sayəsində də maneənin arxasındakı nəsnələrin görüntüsü əldə edilir və radioəmici örtüyə sahib təyyarələrdən yansıyan siqnalları ala bilir.

Rusiyadan AĞIR ZƏRBƏ: 304 ölü, 170 yaralı

3 Oktyabr 2017 11:04

Son iki gün ərzində Rusiya hərbi aviasiyası Fərat çayının şərq sahilində İŞİD terror qruplaşmasına qarşı əməliyyatı davam etdirib. Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib. “Bu rayonda terrorçuların təsdiq edilmiş itkiləri 304, yaralıların sayı isə 170-dən çox olub”, - general-mayor jurnalistlərə deyib.

Xınalığa 17 sm qar yağıb faktiki hava

3 Oktyabr 2017 11:02

Oktyabrın 2-si gündüzdən 3-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə (Xınalıq, Qırız, Şahdağ) qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Prezident İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib

3 Oktyabr 2017 10:54

Oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.

Dəriniz QNET-in məhsulu ilə daha da möhtəşəm olacaq

2 Oktyabr 2017 21:00

Açıq havada, özəlliklə, birbaşa günəş şüaları altında vaxt keçirən zaman sizin dərinizə kifayət qədər ciddi zərər dəyə bilər. Sizin seçdiyiniz günəşdən müdafiə kreminin geniş spektrli fəaliyyətə malik olması vacibdir. Günəşdən müdafiə ilə bağlı bələdçidən dərinin tipi və müvafiq SPF-ni müəyyən etmək üçün istifadə edin. Əgər sizin çox incə və ya həssas dəriniz varsa, dərinizdə xərçəng xəstəliyi olubsa və ya siz fotosensibilizator preparatlar qəbul edirsinizsə, o zaman daha yüksək SPF ilə zəngin olan günəşdən müdafiə kremlərindən istifadə tələb oluna bilər.