"Barselona" La Liqanı tərk edə bilər

"Barselona" prezidenti Josep Maria Bartomeu Kataloniyanın müstəqillik əldə edəcəyi təqdirdə La Liqanı tərk etmək imkanını müzakirə edəcəyini söyləyib. "Barsa" son La liqa matçını "Camp Nou"da qapalı qapılar arxasında "Las Palmas" üzərində 3-0 qazanaraq keçirib.

Bartomeu Kataloniyanın müstəqillik əldə etdiyi təqdirdə "Barsa"nın La Liqadakı gələcəyini müzakirə etməyin lazım olduğunu deyib. "Gələcəkdə baş verə biləcək hadisələrlə bağlı qərarlar idarə heyətinin müzakirə edə biləcəyi bir şeydir. Baş verənlər sakit təhlil ediləcək və hər şey yoluna qoyulacaq. İnanıram ki, əgər mövzunu intensiv olaraq müzakirə etsək, ən yaxşı həll yolunu tapa bilərik".

Qeyd edək ki, 24 dəfə La Liqa çempionu olmuş "Barselona" bu barədə yalnız əzəli rəqibi "Real Madrid"dən geri qalıb. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31