Gürcüstanda erməni xəyanəti

Er­mə­ni­lə­rin Cə­nu­bi Qaf­qaz­da se­pa­rat­çı si­yasətinin, tək­cə Azər­bay­can yox, bü­tün re­gi­on üçün cid­di təh­did mən­bə­yi­nə çev­ri­ldiyi bəllidir. Dağlıq Qarabağ, eləcə də Gürcüstanın Axalkalaki bölgəsində güclənən separatizm bu siyasətin bariz nümunəsidir. Gür­cüs­ta­na qar­şı əra­zi id­dia­la­rın­da olan er­mə­ni­lər son vaxtlar ye­ni­dən bu ərazidə fə­al­la­şıb­lar.

Axalkalakidə yaşanan insidentdə gürcü polisinə xəsarət yetirilib

Er­mə­ni­lə­rin Cə­nu­bi Qaf­qaz­da se­pa­rat­çı si­yasətinin, tək­cə Azər­bay­can yox, bü­tün re­gi­on üçün cid­di təh­did mən­bə­yi­nə çev­ri­ldiyi bəllidir. Dağlıq Qarabağ, eləcə də Gürcüstanın Axalkalaki bölgəsində güclənən separatizm bu siyasətin bariz nümunəsidir. Gür­cüs­ta­na qar­şı əra­zi id­dia­la­rın­da olan er­mə­ni­lər son vaxtlar ye­ni­dən bu ərazidə fə­al­la­şıb­lar. Er­mə­ni­lər id­dia edir ki, böl­gə­yə mux­ta­riy­yət və ya özü­nüi­da­rə hü­qu­qu ve­ri­lməlidir. Problemləri isə hər sahədə qabartmağa çalışırlar - dini məsələlərdən tutmuş, sosial-iqtisadi narazılıqlara kimi. Bu günlərdə Axalkalakinin Kumurdo kəndinin erməni əhalisi ilə polis arasında ciddi toqquşmanı da bu kateqoriyadan olan hadisə hesab etmək olar. Məlumata görə, kənddə qazıntı işləri zamanı qədim qəbirlər aşkar edilib. Qəbirlərdən tapılan insan sümükləri uzun müddət bir yerə yığılıb saxlanılıb. Sonra ermənilər həmin sümükləri basdırıblar. Aşkar olunmuş sümüklər Gürcüstan və Ermənistanın dini rəhbərləri arasında danışıqlardan sonra dəfn olunmuşdu. Qəbirlərin üzərində isə xaçkar quraşdırmaq istəyiblər. Qərara alınmışdı ki, bu məsələyə oktyabrın 21-də keçiriləcək yerli idarəetmə orqanlarına seçkilərdən sonra baxılacaq. Lakin bəlli olmayan səbəblərdən, şənbə günü münaqişə baş verib. Hadisə nəticəsində polis əməkdaşları da daxil olmaqla, bir neçə nəfər xəsarət alıb. Əraziyə Gürcüstanın xüsusi təyinatlıları da göndərilib.  Hazırda vəziyyət qənaətbəxş olsa da, istənilən an yenidən qızışa bilər. Məlumat üçün bildirək ki, Kumurdo kəndində ermənilərlə yanaşı, gürcülər də yaşayır. Axalkalaki ermənilərin kompakt halda yaşadığı ərazidir və son hesablamalara görə, əhalinin 95 faizi ermənilərdir. Bölgənin 64 kəndindən cəmi beşi gürcü kəndidir. Bir neçəsində isə əhali qarışıq yaşayır. Hətta buranı "Gürcüstanın Sibiri", eləcə də, separatçılıq hisslərinin güclü olduğu ərazi də adlandırırlar. Əvvəlki illərdə burada yaşanan münaqişələr kritik həddə yüksəlirdi. Münaqişənin güclənməsində o zaman bölgədəki Rusiya hərbi bazası da rol oynayırdı.

"Exo Kafkaza" saytı isə xəbər verir ki, insident, polis yerli əhalini kənddəki kilsəyə buraxmayanda başlanıb. "X əsrə aid olan bu kilsədə ötən yaydan bəri bərpa işləri gedir. Gürcüstanın mədəni irsinin mühafizəsi agentliyi tərəfindən bərpa işləri 3 il müddətində davam etməlidir. Bu da qeyd olunur ki, Gürcüstanın bu kilsənin bərpası ilə məşğul olması kəndin erməni icmasını çoxdan narahat edir. İşlər yekunlaşanda Kumurdo erməniləri bərpa işləri zamanı tapılan qədim insan qalıqlarının dəfn yerində xaçkar və ya xaç abidəsi ucaltmaq istəyinə düşüblər", - deyə sayt yazıb. Ermənilərlə Gürcüstan polisi arasında baş vermiş toqquşmanın ardınca "polisə və hakimiyyətin başqa səlahiyyətli nümayəndəsinə hücum və ya onların alçaldılması", "xüsusilə ağırlaşdırıcı hallarda odlu silahdan və başqa əşyalardan istifadə etməklə xuliqanlıq" ittihamları ilə cinayət işi qaldırılıb. Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Gürcüstanın daxili işlər naziri Georgi Mqrebişvili təcili qaydada ölkənin Samtsxe-Cavaxeti regionuna səfər edib. Daxili işlər naziri artıq Kumurdoda yerli əhali ilə görüşüb və xəsarət alanlara baş çəkib. Hazırda mərkəzi və regional hökumətlərin nümayəndələri kənddə xaçkarın qoyulması üçün danışıqlar aparır. Gürcüstan və Ermənistan mənbələri yazırlar ki, ermənilərin "müqəddəs xaç" və ya "müqəddəs Hampartsum" adlandırdıqları Kumurdo kilsəsi Gürcüstan Pravoslav Kilsəsi ilə Erməni Qriqorian Kilsəsi arasında ən mübahisəli dini obyektlərdən biridir.

Yeri gəlmişkən, bazar günü əraziyə Gürcüstanın mədəni irs üzrə agentliyinin rəhbəri Nikolaz Antidze də baş çəkib. Onu da qeyd edək ki, Axalkalaki rayonu mürəkkəb ərazi hesab edilir. Zəif iqtisadiyyatı və ağır iqlim şəraiti ilə seçilir. Yeri gəlmişkən, şənbə günü baş verən münaqişəyə rəsmi Yerevan hələ ki, reaksiya verməyib. Lakin bəzi məlumatlara görə, erməni tərəfi polisin həddən artıq sərt davranmasından narazıdır. Gürcü tərəfi hesab edir ki, bu gün qəbirüstü abidə qoyan ermənilər sabah ərazidə kilsə tikməyə çalışacaqlar. Sonra isə iddia edəcəklər ki, bu yerlər onlarındır. Bu səbəbdən də ehtiyatlılıq nümayiş etdirilir.

Öz növbəsində, gürcü-erməni münasibətlərini analiz edən "1in.am" belə bir qənaətə gəlir ki, son vaxtlar bu münasibətlər qarşılıqlı anlaşılmazlıq və çoxsaylı insidentlərlə müşahidə olunur. Məsələn, Ermənistanın Gürcüstana təyin etmək istədiyi səfir Sergey Minasyan ətrafında yaşanan qalmaqal nümunə göstərilir. Tbilisi onu Moskvanın adamı hesab edir və namizədliyinin keçməsinə razılıq vermir. Rəsmi Tbilisi hesab edir ki, Moskva bununla Gürcüstandakı maraqlarını Ermənistanın səfiri ilə manipulyasiya etmək istəyir. Eləcə də, Gürcüstan separatçı Abxaziya "xarici işlər nazirinin" Xankəndinə səfər etməsindən də narazıdır. Ermənilərin Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etməkdən imtina etmələri, iki ölkə müdafiə nazirliklərinin bir-biri ilə ziddiyyət təşkil edən bəyanatları da diqqətə çatdırılır. Bütün bunları nəzərə alan sayt qeyd edir ki, bir vaxtlar normal olan münasibətlər ciddi sınaqlar qarşısındadır. Gürcü-erməni münasibətləri ilə bağlı başqa bir məqalədə isə qeyd edilir ki, Ermənistan Gürcüstanın onun üçün necə bir əhəmiyyət kəsb etdiyini anlamır. Məqalədə qeyd edilir ki, məhz Gürcüstan ərazisindən ermənilərin əsas magistral yolu keçir: "Gürcüstan imperiya Rusiya ilə bizim aramızda bufer rolunu oynayır. Bu bufer olmasa, Rusiya çoxdan Abxaziyada yaşanan ssenarisi üzrə bizi udmuşdu". Məqalədə başıbəlalı səfir məsələsinə də toxunulur və qeyd edilir ki, Ermənistanı Gürcüstanda ən yaxşı diplomat təmsil etməlidir: "Bu posta ağır atlet Yuri Vardanyan və yaxud Kremlin nəzarəti altında olan Sergey Minsayan deyil, layiqli biri təyin olunmalıdır". "Jamanak" qəzeti isə yazır ki, Gürcüstan sərt formada Qafqaz İnstitutunun direktor müavini Minasyanın səfir olmasına qarşı çıxır. Bununla da bəyan edir ki, bu şəxs onlar üçün arzuolunmazdır. Nəşr yazır ki, Gürcüstan hakimiyyət orqanlarında belə bir şübhə var ki, Minasyan Ermənistanın deyil, Rusiyanın maraqlarını ifadə edəcək. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31