Gündəm
Ən yaxşılar seçildi - Bu dəfə siyahıda Beyl yox idi
Uels Futbol Assosiasiyası ölkədə 2017-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb. "Real"ın yarımmüdafiəçisi Qaret Beyl 5 ildən sonra ölkəsinin ən yaxşı oyunçusu seçilməyib.
Futbolçu elə yerindən zədə aldı ki, ömürlük bədbəxt oldu - VİDEO
Bosniya və Herseqovinanın futbol çempionatında xoşagəlməz hadisə baş verib. "Zrinjski Mostar" futbol klubunun bosniyalı futbolçusu Marin Galic "Sloga" ilə matç zamanı ağır zədə alıb. Ayaqlarının arasından təpik zərbəsi alan futbolçu əməliyyat olunub. Əməliyyatla onun bir xayası götürülüb.
QHT-lərin islam həmrəyliyi ilə bağlı fəaliyyəti QHT TV-də işıqlandırılacaq
Bu barədə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib. QHT rəhbəri bildirib ki, bu fəaliyyətlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “İslam həmrəyliyinin təbliği ilə bağlı QHT-lərə informasiya dəstəyinin göstərilməsi” layihəsi çərçivəsində baş tutacaq.
Türklər xilas etdi – Yunanlar təhvil aldı
İzmirdən İspaniyaya yola çıxan Türk gəmisi Aralıq dənizində uşaq və qadınların da olduğu 75 miqrantın həyatını xilas edib. Olaylar bildirir ki, İtalyanın Siciliya adası ilə Yunanıstanın Pylos şəhəri arasında olan bölgədə dənizdə batan gəmidəki miqrantlar Türklər tərəfindən qurtarılaraq, Yunanıstana təhvil verilib. Gəmidə İtaliyaya getmək istəyən İraq və Suriya əsilli 17 uşaq, 12 qadın, 46 kişi olub.
Aydın Talıbzadə “Faciə: Janriçi mutasiyalar” kitabının təqdim etdi
Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” adlı kitabının təqdimatı keçirilib. Olaylar bildirir ki, ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçən təqdimat mərasimində Universitetin rektoru professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva “Faciə: Janriçi mutasiyalar” adlı kitabın olduqca maraqlı və mürəkkəb olduğunu deyərək, müəllifə yaradıcılıq uğurları arzulayıb. Universitetin professor-müəllim heyətindən Məryəm Əlizadə, Gülşən Əliyeva, Əli Əmirli, Kamilə Dadaşzadə, Fəridə Cəlilova, Vidadi Qafarov və digər müəllif və təqdim olunan kitab haqqında dəyərli fikirlərini bölüşüblər.
"Həmsədrlərin regiona səfərindən heç nə gözləmirəm"
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən müsbət heç nə gözləmirəm. Çünki, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standart mövqeyi hər kəsə məlumdur. Minsk qrupu həmsədrləri 20 ildən çoxdur ki, münaqişənin həli ilə bağlı regiona gəlib, boş bəyanatlar verməklə məşğuldurlar”. Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
"Azəristiliktəchizat": "Ardıcıl 3 gün havanın temperaturu +8 dərəcədən aşağı düşərsə..."
Ölkə ərazisində havanın kəskin soyuyacağı təqdirdə binalardakı istilik sistemləri vaxtından əvvəl istifadəyə verilə bilər. Bu barədə özəl olaraq açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib.
59 nəfəri öldürüb, 527 nəfəri yaralyan "tənha canavar" - Niyə, nə üçün?
ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində ölkə tarixinin ən qanlı gülləbaranını törədərək 59 nəfəri öldürən, 527 nəfəri yaralayan 64 yaşlı Stiven Peddok İŞİD mənsubu olmayıb. Terror təşkilatının "Peddok aksiyadan bir neçə ay əvvəl İslamı qəbul edərək müsəlman olmuşdu" bəyanatı da yalandır.
“Azərbaycanla oyuna çağırıldığımı biləndə təəccübləndim”
Milliyə dəvət aldığı biləndə təəccübləndim. Bu sözləri Çexiya yığmasının futbolçusu Yan Şikoradeyib. Çexiyalılar DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də millimizi qəbul edəcəklər. Baş məşqçi Karel Yarolimin açıqladığı ilkin heyətdə Şikora yer almasa da, Teodor Gebre-Selassie və Milan Şkodanın yığmadan kənarlaşdırılmasından sonra millinin düşərgəsinə cəlb olunub.
"Araz" UEFA Kubokunda mübarizə aparacaq
11-14 oktyabr tarixlərində Rumıniyanın Deva şəhərində 2017-2018-ci il UEFA Futzal Kubokunun seçmə mərhələsinin oyunları keçiriləcək. Deva şəhərinin İdman sarayında təşkil olunacaq yarışda VIII qrupda yer alan Azərbaycan çempionu "Araz" (Naxçıvan) "Luksol St Endryus" (Malta), "Mostar" (Bosniya və Herseqovina) və meydan sahibi "FC Deva" klubları ilə qarşılaşacaq.
Metronun “Nizami” stansiyasında təmir başa çatıb
Azərbaycan memarlıq sənətinin təcəssümü olan “Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb. “Bakı Metropoliteni”nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb.
Xarici İşlər Nazirliyi bəyanat verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkdilli Dövlətlərin Əməkdaşlıq günü ilə bağlı bəyanat yayıb. XİN-nin mətbuat xidmətindən “Olaylar”a verilən bəyanatda deyilir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.
Ermənilər 102 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.
"Səs” – in növbəti uğuru
Mədəniyyət və İncəsənət Universitetinin məzunu Ərturan Nəcəfinin “Səs” qısametrajlı bədii filmi növbəti uğura imza atıb. Olaylar bildirir ki, film Bosniya və Hersoqovinanın Pale şəhərində keçirilmiş XI Jahorina Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlər bölməsində "Golden Mapple” (birinci mükafat) mükafatına layiq görülüb.
Teatr Beynəlxalq Festivallarda...
Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Olaylar bildirir ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Festivalda teatr A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunur.














