“Azərbaycanla oyuna çağırıldığımı biləndə təəccübləndim”

Milliyə dəvət aldığı biləndə təəccübləndim. Bu sözləri Çexiya yığmasının futbolçusu Yan Şikoradeyib.  Çexiyalılar DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də millimizi qəbul edəcəklər. Baş məşqçi Karel Yarolimin açıqladığı ilkin heyətdə Şikora yer almasa da, Teodor Gebre-Selassie və Milan Şkodanın yığmadan kənarlaşdırılmasından sonra millinin düşərgəsinə cəlb olunub.

"Slaviya"nın 24 yaşlı yarımmüdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında dəvətin onun üçün sürpriz olduğunu bildirib. O, Azərbaycanla, həmçinin 3 gün sonra San Marino ilə keçiriləcək matçda qələbəni hədəflədiklərini qeyd edib: "İlkin heyət açıqlanmışdı və adım həmin siyahıda yox idi. Bundan sonra Azərbaycan və San Marino ilə matçlara çağırılacağımı heç gözləmirdim. Buna görə də, dəvətin gəlməsi mənim üçün sürpriz oldu. Artıq diqqətimi Azərbaycanla oyuna yönəltmişəm. Həm bu, həm də San Marino ilə görüşdə yaxşı nəticəyə imza atmaq lazımdı. Çünki seçmə mərhələni yüksək əhval-ruhiyyədə bitirmək istəyirik".

Qeyd edək ki, ötən ildən Çexiya yığmasının formasını geyinən Yan Şikora millidə 3 oyun keçirib. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31