Gündəm

Rusiyada səfərbərliyə səbəb olan təhlükəli virus Azərbaycana yaxınlaşdı

3 Oktyabr 2017 12:33

Azərbaycana təhlükəli qrip virusu yaxınlaşır. Bu barədə ölkənin baş epidemioloqu İbadulla Ağayevhaqqin.az saytına müsahibəsində deyib. Amma İbadulla Ağayev qeyd edib ki, qripə qarşı kütləvi peyvənd üçün heç bir əsas yoxdur, vəziyyət ölkənin tibbi xidmətlərinin tam nəzarəti altındadır. 

Nazirliklərdə HƏBS

3 Oktyabr 2017 12:30

Türkiyədə FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. Olaylar bildirir ki,  Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyində aparılan əməliyyat zamanı 5 vəzifəli şəxs həbs olunub. Nazirliklərin keçmiş əməkdaşlarından isə 147 nəfər saxlanılıb.

İsa Həbibbəyli Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyətini qəbul etdi

3 Oktyabr 2017 12:29

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüşüb. Olaylar bildirir ki, görüşdə İ.Həbibbəyli Azərbaycan-Çin elmi əlaqələrinin müasir inkişaf istiqamətlərindən danışıb. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan akademik Çindən Azərbaycana tez-tez müxtəlif elm sahələri nümayəndələrinin səfərlərinin təşkil olunduğunu və elmi əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müsabiqə elan edir

3 Oktyabr 2017 12:28

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə  müsabiqə elan edir. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumata görə, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Qlobal Sahibkarlıq Şəbəkəsində keçirilən tədbirdə iştirak edib

3 Oktyabr 2017 12:26

"Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan” idarə heyətinin üzvü Müşfiq Həsənov Taylandda “Digital Thailand Big Bang 2017” çərçivəsində keçirilən “GEC+Bangkok” adlı tədbirdə iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, tədbir Qlobal Sahibkarlıq Şəbəkəsi və Taylandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirin məqsədi sahibkarlar və təşkilatlarının rəqəmsal innovatorların bilikləri, yeni biznes dəstək proqramları, hökumət siyasəti və media bilikləri arasında körpü yaradan tədbirdə iştirakını təmin etməkdir.

Ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib

3 Oktyabr 2017 12:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.

Fransada terakt hazırlamaqda şübhəli bilinən 5 nəfər saxlanıldı

3 Oktyabr 2017 12:23

Fransa polisi terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb. Saxlanılanların kimliyi hələ ki, açıqlanmır. Saxlanılanların  terror qruplaşmaları ilə əlaqəli olub-olmadıqları araşdırılır.

Viktoriya Nulandı daha betəri əvəzlədi: Azərbaycanla bağlı nə planlaşdırır...

3 Oktyabr 2017 12:21

Sentyabrın sonlarında ABŞ Senatı dövlət katibinin Avropa və Avrasiya işləri üzrə yeni köməkçisinin namizədliyini təsdiq edib. Virtualaz.org xəbər verir ki, bu postda məşhur Viktoriya Nulandı Ues Mitçell əvəzləyib. Bəs ABŞ-ın o cümlədən Azərbaycanla münasibətlərini formalaşdıracaq bu adam kimdir və hansı mövqenin sahibidir? Onun “rəngli inqilabların xaç anası” kimi tanınmış xanım Nulandın yerinə təyinatından nə gözlənilir?

Füzulidə 1000-ə yaxın yas mərasimi israfsız keçirilib

3 Oktyabr 2017 12:19

2014-cü ildən etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri  təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Artıq dörd ildir rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır.

Əbülfəs Qarayev bu teatrlarda kadr dəyişikliyi etdi

3 Oktyabr 2017 12:18

Bölgə teatrlarında kadr dəyişikliyi olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. 

Ukraynada erməni təşkilatının sədri güllələnib

3 Oktyabr 2017 12:16

Ukraynanın Zaparojets vilayətində fəaliyyət göstərən "Erməni İttifaqı"nın sədri Artaşes Sarkisyan güllələnib. Bu barədə onun müavini Rudolf Akopyan bildirib. Hadisə Zaparojets şəhər parkında, Şevçenko bulvarında baş verib. Artaşes Sarkisyanavtomobildən enərkən ona odlu silahdan atəş açılıb. 

104 ədəd arxeoloji tapıntı muzeyə təhvil verildi

3 Oktyabr 2017 12:16

AMEA-nın Milli AzərbaycanTarixi Muzeyi tarixi irsimizin tədqiqi, təbliği və mühafizəsini həyata keçirmək məqsədilə cari ildə də maddi-mədəniyyət nümunələrinin qəbulunu davam etdirib. Olaylar bildirir ki, qəbul edilmiş nümunələr arasında 104 ədəd arxeoloji, 1 ədəd təsadüfi tapıntı var. Sözügedən nümunələr 2017-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin əməkdaşları tərəfindən Şamaxı rayonu Dəmirçi kəndi yaxınlığındakı nekropolda tapılıb.

Kataloniyada ümumi tətil keçirilir

3 Oktyabr 2017 12:13

Bu gün Kataloniyada İspaniya polisinin sərt addımlarına etiraz olaraq ümumi tətil keçirilir. Məlumata görə, Kataloniya rəhbərliyi bölgə sakinlərini yerli vaxtla saat 12:00-da yaşadıqları şəhər və qəsəbələrin meriyaları önündə toplaşmağa çağırıb. Gün ərzində Barselonada ictimai nəqliyyat işləməyəcək. Avtobus və metropoliten yalnız səhər saatlarında və axşam pik vaxtlarında daşımaların kiçik hissəsini yerinə yetirəcək.

Ermənistan ordusunda 46 hərbçi ölüb

3 Oktyabr 2017 12:11

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi son 9 ay ərzində Ermənistan ordusunda qeydə alınan ölüm faktları ilə bağlı hesabat açıqlayıb.

Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları həbs edilib Azərbaycana verilə bilər?

3 Oktyabr 2017 12:09

Milli.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Vüsal Hüseynov Ermənistan ordusunun işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Türkiyə vətəndaşlarının məsuliyyətə cəlb edilməsi və Azərbaycana verilməsi ilə bağlı hüquqi məsələlərə aydınlıq gətirib.