Ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.
3 Oktyabr 2017 12:25 SiyasətAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" müvafiq sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə "N" saylı hərbi hissədə ordudan tərxis olunan hərbi qulluqçular üçün "Xidmətinə görə sağ ol əsgər!" adlı yola salınma mərasimi keçirilib. Hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov şəxsi heyəti və qonaqları salamlayaraq komandanlığın təbrik-müraciətini hərbi qulluqçulara çatdırıb. O, hərbi xidməti uğurla başa vurmuş gənclərə səmimi arzularnı bildirərək xidmətə yeni başlayan əsgərlərə də uğurlar arzulayıb.
Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərmanlar təqdim olunduqdan sonra "Vətən Uğrunda!" Səyyar Təbliğat Dəstəsinin iştirakı ilə əsgərlər üçün konsert proqramı təşkil edilib.