İsa Həbibbəyli Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyətini qəbul etdi
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüşüb. Olaylar bildirir ki, görüşdə İ.Həbibbəyli Azərbaycan-Çin elmi əlaqələrinin müasir inkişaf istiqamətlərindən danışıb. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan akademik Çindən Azərbaycana tez-tez müxtəlif elm sahələri nümayəndələrinin səfərlərinin təşkil olunduğunu və elmi əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.
3 Oktyabr 2017 12:29 SosialAMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüşüb. Olaylar bildirir ki, görüşdə İ.Həbibbəyli Azərbaycan-Çin elmi əlaqələrinin müasir inkişaf istiqamətlərindən danışıb. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan akademik Çindən Azərbaycana tez-tez müxtəlif elm sahələri nümayəndələrinin səfərlərinin təşkil olunduğunu və elmi əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. Akademik İ.Həbibbəyli bu yaxınlarda ÇİEA prezidentinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin AMEA-nın qonağı olduğunu, birgə tədbirlərin keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını xatırladıb.
ÇİEA-nın Rusiya və Şərqi Avropa tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Vanq Xiaoju qonaqpərvərliyə görə AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan ilə bağlı təəssüratlarını bölüşən qonaq deyib ki, səfər çərçivəsində maraqlı elmi konfrans keçirilib və Azərbaycan-Çin əməkdaşlığının geosiyasi aspektləri müzakirə olunub.