Gündəm
Tədris Cərrahiyyə Klinikasında - Nadir Əməliyyat
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nadir cərrahiyyə əməliyyat həyata keçirilib. Olaylar bildirir ki, pilorostenoz xəstəliyindən əziyyət çəkən iki körpə əməliyyat olunub. ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun sözlərinə görə, son 1 həftə ərzində pilorostenoz xəstəliyi diqanozu ilə klinikaya iki uşaq daxil olub.Uşaqlardan birində xəstəlik həyatının 52-ci günündə, digərində isə 9-10-cu günündə özünü biruzə verib. Nəticədə hər iki uşaqda diaqnostik çətinlik olduğuna görə, klinikaya gecikmiş halda ağır hipotrofiya ilə daxil olub.
Yağış davam edəcək
Oktyabrın 4-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 11-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13°, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək.
Tanınmış aktyor işdən çıxarıldı — QALMAQAL
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının tanınmış aktyoru Əjdər Zeynalov işdən uzaqlaşdırılıb. Məlumata görə, buna səbəb kimi onun işə gecikməsi göstərilib: "Mən səhər 10-un yarısında qol çəkməyə gəldim. Bildirildi ki, tabel hələ hazır deyil.
Bərzanidən növbəti TƏXRİBAT: Prezident seçkilərinin tarixi açıqlandı
Qalmaqallı müstəqillik referendum keçirən Şimali İraq kürd muxtariyyəti nəticələrin ləğvi barədə tələblərə baxmayaraq, geri çəkilmək niyyətində deyil. Muxtariyyət noyabrın 1-də prezident seçkilərini keçirmək niyyətindərir.
Məşhur müğənni yeni albomu üçün soyundu
Populyar müğənni Ferqi əri Coş Düameldən ayrılandan sonra, deyəsən, depressiyadan qurtulmaqdadır. 42 yaşlı Ferqi 11 illik fasilədən sonra yeni albomunu hazırlayıb. "Double Dutchess" adlı albomunun promouşunu məqsədilə o, yeni erotik fotosessiyaya da çəkilib.
Çin haqqında bilmədiyiniz DƏHŞƏTLİ FAKT: sahibləri onları işğəncəyə öz əlləri ilə gətirirlər - TƏFƏRRÜAT
Bir neçə gün əvvəl mətbuatda məlumat yayıldı ki, Çinin cənub-qərbində yeləşən Kinqbaycanq şəhərində, lisenziyaya sahib olmadan itlərə tibbi xidmət göstərən baytar həbs edilib. Bu cür fəaliyyət, sözsüz ki, qanunsuzdur.
Sərnişin avtobusu aşdı: xeyli yaralı var - İstanbulda dəhşətli qəza
İstanbulda sərnişin avtobusu qəzaya uğrayıb. Bahçeşehirdə bir avtobusun çevrilməsi nəticəsində xeyli sayda insanın yaralandığı deyilir. Hadisə yerinə təcili yardım maşınları gəlib.
TürkPA-nın 7-ci Plenar iclasına hazırlıqlar başlayıb
TürkPA üzv parlamentləri dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci Plenar İclasına hazırlıqlara start verib. Təşkilatdan verilən məlumata görə, Qırğızıstan Parlamenti Məclisinin (Aşağı Palata) Sədri, TürkPA-nın Fəaliyyətdə olan sədri Nurlan Niqmatulinin təşəbbüsü ilə TürkPA-nın Baş katibi Jandos Asanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə danışıqlar aparıb.
"Kataloniyada baş verənlər Qərbin ikili siyasətini ifşa edəcək”
“Qərb demokratik dəyərlərdən insan haqlarından danışarkən bunu özündə deyil, çox zaman başqa ölkələrdə, xüsusilə də sosialist məkanında yenicə müstəqillik yoluna qədəm qoymuş ölkələrdə axtarır. Kataloniya hadisələri göstərdi ki, Qərb bəzi ölkələrin müstəqillik hərəkatına da dözümsüz yanaşır”. Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Kim Çen Inın sirli xanımının GİZLİ HƏYATI
Dünyanın ən qapalı və sirli ölkəsi olan Şimali Koreyanın lideri Kim Çen Inın həyat yoldaşı Ri Sol Ju haqda da çox az məlumat var. Ri Sol Ju 2012-ci ildən etibarən Kimin arvadı olaraq medianın gündəminə gəlməyə başlayıb. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, 28 yaşlı Ri Sol Junun üç övladı var.
Şöbə müdiri: "Alkoqolizmlə bağlı dağ rayonlarından müraciətlər daha çox olur"
Alkoqolizm xəstəliyi ilə bağlı Respublika Narkoloji Mərkəzinə əsasən dağ rayonlarından müraciətlər daha çox olur. Bunu Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov deyib. Şöbə müdirinin sözlərinə görə, digər narkoloji xəstəliklərdən fərqi olaraq alkoqol birbaşa sinir sisteminə məhvedici təsir göstərir, insanda şəxsiyyətin aşınmasına səbəb olur: "Şəxsiyyət aşındıqca isə insanın normal psixi fəaliyyəti və özünə tənqidi zəifləyir. Alkoqolizmin gecikmiş mərhələdə daha çətin müalicə olunur".
Kəşmir əməliyyatı - Ölü və yaralılar var, aeroport işini dayandırdı
Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəsinə hücumu nəticəsində bir hərbçi həlak olub. Məlumata görə, hücumdan dərhal sonra terrorçulara qarşı əməliyyat başlayıb.
Milyonlarla azarkeş üçün Qarabağ artıq Ermənistan deyil
ABŞ-ın tez-tez "kölgə MİK-si" adlandırılan "Stratfor" kəşfiyyat-analitik şirkəti Azərbaycanın "Qarabağ" futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışına həsr edilmiş məqalə dərc edib.
Qarabağa səfər edən Türkiyə vətəndaşları barədə ŞOK MƏLUMAT
Son günlər Türkiyə Respublikası vətəndaşlarının işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi və bundan peşmanlıq hiss etmələri barədə məlumatlar Azərbaycanın KİV-də geniş olaraq müzakirə edildi.
Sevgilisi ilə öpüşən məktəbli qızı videoya çəkib, təcavüz etdilər
Türkiyənin Kayseri şəhərindəki məktəblərin birində 15 yaşlı qız təcavüzə uğrayıb. 15 yaşlı B.Ş özündən bir sinif yuxarı olan sevgilisi ilə məktəbin həyətində öpüşüb. Bunu görən qızın sinif yoldaşları qızı videoya çəkiblər.














