Gündəm

Bir gün əvvəl toyları olan cütlük qəzaya düşdü - Bəy öldü, gəlin isə...

3 Oktyabr 2017 13:55

Türkiyədə dəhşətli hadisə yaşanıb. Təzəcə ailə quran cütlük İstanbula gələrkən avtomobillə qəzaya düşüb. Hadisə nəticəsində Ufuk Akgün vəfat edib, həyat yoldaşı Özge Akgün isə ağır yaralanıb. Sevincləri gözlərində qalan cütlüyün 1 gün əvvəl toy etdikləri məlum olub.

Bizi qovuşdurdun, payız!

3 Oktyabr 2017 13:52

İllər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heç bir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar kövrəlir və soyuqluğu hiss edir. Payız ayında kəndə gedirəm, küçələri dolaşıram, dolaşıram meşələri, Cıdır düzünü,  payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarpaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam, payız.

İsrail ordusundan növbəti BƏHANƏ

3 Oktyabr 2017 13:50

İsrail ordusu Qərbi Şəriyədə anti terror əməliyyatı zamanı 8 fələstinli həbs edib. Olaylar bildirir ki, işğal olunmuş Qərb Şəriyədəki və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif bəhanələrlə fələstinliləri həbs edir. Qeyd edək ki, İsrail həbsxanalarında təxminən 300 fələstinli uşaq var.

Azərbaycan prezidenti Ukrayna xarici işlər nazirini qəbul edib -  YENİLƏNİB

3 Oktyabr 2017 13:49

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, dövlət başçısı ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib, Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin bu münasibətlərin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğulayıb.

Ramiz Məlik Məleykə Əsədovadan üzr istəyib

3 Oktyabr 2017 13:48

Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə aralarında baş verən insidentə münasibət bildirib. R. Məlik açıqlamasında qeyd edib ki, baş verənlər anlaşılmazlıq üzündən olub, peşmançılıq hiss keçirir: "Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur.

Həmsədrlər Bakıya oktyabrın 7-də gələcəklər

3 Oktyabr 2017 13:46

ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 6-da İrəvana səfər edəcəklər. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, vasitəçilər Azərbaycana oktyabrın 7-də gələcəklər.

Ukraynanın xarici işlər naziri: "Azərbaycanın ərazisi işğal olunub"

3 Oktyabr 2017 13:45

"Əsl dostluq mühitinə qayıtmaq xoşdur. İnsanlararası təmaslar münasibətimizi möhkəmləndirir. Hər ölkənin vətəndaşları qarşılıqlı olaraq səfərlər etmək istəyirlər". Məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Pavlo Klimkin: Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsində 66 faiz artım olub

3 Oktyabr 2017 13:41

Cari ilin 9 ayı ərzində Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsində ötən ilin analoji dövrü ilə müqayisədə 66 faiz artım qeydə alınıb. Məlumata görə, bunu bu gün Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransında deyib.

Məşhur meyxanaçı həmkarlarını tənqid etdi: ""Nabrana gedək, 2 ceyran götür" kimi söz deyənləri..."

3 Oktyabr 2017 13:38

Meyxanaçı Aqşin Fateh həmkarları arasında baş verən qalmaqaldan danışıb. Açıqlama verən meyxanaçı bu kimi lazımsız davaların şairə yaraşmadığını bildirib. Onun sözlərinə görə, söyüşlə meyxana demək söz ustadına yaraşmır: "İstəməzdim ki, həmkarlarım arasında belə xoşagəlməz hadisələr baş versin. Şairə yaraşmaz. Biri var şəxsiyyətini təhqir edələr, o zaman kimliyindən, harda olmağından aslı olmayaraq özünə hörmət edən insan kimi əlbəyaxa da olarsan, hələ o yana da keçərsən. Əgər xırda şeylər üstə söz-söhbət düşübsə, yola vermək olar.

“Qarabağa qanunsuz səfər edənləri "türk" adlandırmayaq”

3 Oktyabr 2017 13:35

22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqları artırılacaq

3 Oktyabr 2017 13:32

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilir.

Yasamalda yol çökdü  

3 Oktyabr 2017 13:26

İntensiv yağışlar nəticəsində bu gün səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.

Ukraynalı balet ulduzları "Qu Gölü"  - ndə

3 Oktyabr 2017 13:24

Oktyabrın 14-də Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşasınümayiş olunacaq. Olaylar bildirir ki, tamaşada əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın Əməkdar artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Olqa Qolitsa və Denis Nedak ifa edəcəklər.

Nodar Şaşıqoğlunun 90 illik yubileyi qeyd ediləcək

3 Oktyabr 2017 13:24

Oktyabrın 6-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq Artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. Tədbirdə elm, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Əcnəbilər Şamaxıda fövqəladə vəziyyətə düşdülər

3 Oktyabr 2017 13:23

“Avqustun 3-də 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub”. Bu barədə Dövlət Dəniz Administrasiyasından məlumat verilib. Bildirilib ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb. Hal hazırda mümkün vasitəslərlə axtarış – xilasetmə əməliyyatları həyata keçirilməkdədir.