Həmsədrlər Bakıya oktyabrın 7-də gələcəklər
ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 6-da İrəvana səfər edəcəklər. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, vasitəçilər Azərbaycana oktyabrın 7-də gələcəklər.
3 Oktyabr 2017 13:46 SiyasətATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 6-da İrəvana səfər edəcəklər. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, vasitəçilər Azərbaycana oktyabrın 7-də gələcəklər.
"Həmsədrlər regiona prezidentlərin görüşünü müzakirə etmək üçün gəlirlər. Vasitəçilər Nyu-Yorkda təklif etdikər ki, substsntiv, məntiqli danışıqlar olsun. Onlar təklif edirlər ki, prezidentlərin görüşündən sonra məntiqli danıqlar keçirək və məsələni yerindən tərpədək", - deyə E. Məmmədyarov qeyd edib. Apa.az