Ukraynalı balet ulduzları "Qu Gölü" - ndə
Oktyabrın 14-də Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşasınümayiş olunacaq. Olaylar bildirir ki, tamaşada əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın Əməkdar artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Olqa Qolitsa və Denis Nedak ifa edəcəklər.
3 Oktyabr 2017 13:24 MədəniyyətOktyabrın 14-də Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşasınümayiş olunacaq. Olaylar bildirir ki, tamaşada əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın Əməkdar artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Olqa Qolitsa və Denis Nedak ifa edəcəklər.
Ukraynalı sənətçilərlə yanaşı "Qu gölü" baletinin tamaşasında teatrın aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Samir Səmədov, solistlər Elmira Süleymanova, Ayan Eyvazova, Liana Mirabdullayeva və b. çıxış edəcəklər. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.