Gündəm
Avtoqəzada 3 nəfər dünyasını dəyişib
Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanın Dostları Assosiasiyasının sessiyası keçirilib
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının (ADA) İcra Şurası ölkənin Konyak şəhərinə ikigünlük səfər edib və ilk dəfə olaraq təşkilatın Parisdən kənarda sessiyası keçirilib.
Azərbaycanda həyata keçirilən sosial siyasətin nəticələri uğurludur
"Azərbaycanda həyata keçirilən sosial siyasətin nəticələri uğurludur". “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatınən tədbirinə qatılacaq
Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 6-dan 8-dək İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək.
Beynəlxalq Bankın sabiq rəhbər işçisinə AĞIR CƏZA
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Qaradağ filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynov, Aqilə Piriyeva və Azər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Zorakılığa məruz qalanlar...
Son zamanlar gündəmi zəbt edən təcavüz xəbərləri hər kəsi narahat edir. Çox zaman ailələr ya təcavüzə məruz qalmış şəxsdən (qızından, xanımından) imtina edir, ya da cinayətkarı özləri cəzalandırmağı doğru hesab edirlər. Problemin aktuallığını nəzərə alaraq məsələ ilə bağlı hüquq müdafiəçisi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Asif Abdullayevlə görüşdük.
Yaxın Şərqdə Türkiyə-Rusiya müttəfiqliyi
Ötən həftənin ən yadda qalan hadisələrindən biri də Rusiya və Türkiyə prezidentlərinin yenidən bir araya gəlməsi oldu. Ən son Ərdoğanla Putin Türkiyə prezidentinin şimal qonşumuza səfəri zamanı görüşmüşdü. Düzdür, həmin görüşdə Moskva ilə Ankara arasında məlum təyyarə böhranından sonra yaranan bir çox problemlər həllini tapdı. Amma müəyyən prinsipial məsələlər vardı ki, həmin məsələlərin həlli vaxt tələb edirdi. Və müəyyən bir aradan sonra Ərdoğan və Putin yenidən bir araya gəldi. İki ölkə prezidentlərinin Ankaradakı görüşünün Şimali İraqdakı referendumdan dərhal sonraya təsadüf etməsi də Putin-Ərdoğan görüşünün əhəmiyyətini artırırdı.
Qərbin özündə də insan hüquq və azadlıqlarının pozulduğunun şahidi oluruq
Hazırda bütün Avropa, eləcə də dünyanın diqqəti İspaniyada, daha doğrusu müstəqillik referendumu keçirən Kataloniyada bölgəsindədir. Həftə sonu ümumxalq səsverməsində müstəqillik mövqeyini ortaya qoyan katalonlar səsəvermənin sevincini ürək dolusu yaşamadan mərkəzi Madrid tərəfindən ciddi təzyiqlər, təqiblərlə üzləşdi. İspan polisi müstəqilik arzusunda olan katalonlara qarşı xüsusi qəddarlıq nümayiş etdirərək onlara fiziki zor tətbiq etdi. Nəticədə yüzlərlə dinc etirazçı müxtəlif dərəcəli xəsarət aldı.
Bölgələrdə səhiyyə xidmətləri yaxşılaşdırılır
Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sahələr kimi səhiyyənin də inkişafına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər bu sahədə inkişafı şərtləndirən başlıca amillərdəndir.
İŞİD mübarizə taktikasını dəyişir
Dünyaya, əsasən də Yaxın Şərq, müsəlman aləminə demokratiya adı altında xaos, anarxiya bəxş edən, istehsal etdiyi silahlar və yaratdığı terror təşkilatları ilə on minlərlə insanın həyatına son qoyan Qərb, Avropa indi özü bu fəlakət, təhdidlərlə üz-üzədir. Bir tərəfdə separatizm, bölücülük fəaliyyətləri, digər tərəfdə terror. Yaxın bir neçə ildə, hətta bir neçə ayda Avropanın yuxusunu ərşə gətirən beynəlxalq terror şəbəkəsi, indi də Birləşmiş Ştatları hədəf seçib. Əslində Amerika elə Avropadan əvvəl beynəlxalq terrorizmin hədəfində idi.
Minsk qrupu səlahiyyətində olan təsir rıçaqlarından istifadə etmir
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində “söz oyunundan” o tərəfə keçməyib.
Neftə əsaslanan modeldən innovasiyalı inkişafa keçid
“2017-ci ilin ilk yarımili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib”. Bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Azərbaycan Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bunu MŞ sədri Əflatun Amaşov deyib. O bildirib ki, Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası fəaliyyətini genişləndirib: “Məbuat Şurasının üzvləri, media nümayəndələri həmin komissiyanın işində iştirak edirlər. Artıq bundan sonra Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Reketliklə bağlı məsələni daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin”.
Hər şey müharibəyə doğru: başlanma VAXTI AÇIQLANDI
“Donetsk Xalq Respublikası” separatçı qurum tərəfindən təmas xəttinin möhkəmləndirilməsi göstərir ki, 2018-ci ildə Donbasda döyüş əməliyyatları aktivləşəcək”. Bunu Ukraynanın “Obozrevatel” nəşrinə “Gürcü milli legion”unun komandir müavini Şota Kedelaşvili deyib. “2014 və 2015-ci illər döyüş əməliyyatlarının daha aktiv mərhələsi idi. 2016 və 2017-ci illər daha sakit keçdi. Amma düşünürəm ki, hər şey 2018-ci ilin çox isti olacağını göstərir”, - Kedelaşvili bildirib.
Müştəri hotelin pulunu ödəmək istəmədi, qarşı binaya keçəndə havada qaldı - VİDEO
Çində qəribə olay baş verib. Çindəki otellərin birində kirayə haqqını vermək istəməyən müştəri otelin pəncərəsindən çıxaraq telefon xətti vasitəsi ilə qarşıdakı binaya keçmək istəyib.














