Gündəm

Dünya üçün yeni təhlükə - Separatizm dalğası genişlənir

3 Oktyabr 2017 15:27

İraq Kürdüstanından sonra İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumu dünyanın siyasi gündəmini dəyişib. Başda ABŞ olmaqla dünyanın əksər ölkələrinin qarşı çıxdığı referendumların reallaşması dünyada yen separatizm dalğasının genişlənməsindən xəbər verir.

Millət vəkili: Strateji yol xəritələri ölkəmizin dayanıqlı inkişafı üçün mayak rolunu oynayır

3 Oktyabr 2017 15:25

Strateji yol xəritələri ölkəmizin dayanıqlı inkişafı üçün mayak rolunu oynayır. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə başladı

3 Oktyabr 2017 15:23

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun apelyasiya şikayətlərinə baxılır.

Marsla bağlı inanılmaz ELMİ İZAH - FOTOLAR

3 Oktyabr 2017 15:21

Kanada və ABŞ-dan olan bir qrup geofizikin araşdırmaları nəticəsində Marsda su hövzələrinin mövcudluğu elmi cəhətdən izah olunub. Tədqiqatın nəticələri "Nature Geoscience" jurnalında dərc edilib. Planetin səthində mayenin mövcud olması üçün xüsusi temperatur şəraiti olmalıdır. Alimlər iddia edir ki, metan və litosferdən ayrılan istilik bunu təmin etdiyi üçün iddia əsassız deyil.

Putinin generalının Bakıya SİRLİ SƏFƏRİ - Kulislərdə GİZLİ DÖYÜŞ

3 Oktyabr 2017 15:20

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının baş katibi, general Nikolay Patruşev ötən şənbə Bakıya səfər etdi. İlk baxışdan, sıradan diplomatik təmas kimi görünən səfərdə müzakirələr haqda məlumatların ictimaiyyətə açıqlanmaması diqqət çəkir.

Çin Xalq Respublikasının yaranmasının 68 illiyi

3 Oktyabr 2017 15:14

 Oktyabrın 3-də  Dillər Universitetinin  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin Xalq Respublikasının yaranmasının tarixi” mövzusunda Çin Xalq Respublikasının yaranmasının 68 illiyi – milli bayramına həsr olunmuş tələbə elmi seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin Xalq Respublikasının yaranmasının tarixi səbəbləri və bu hadisənin XX əsrin dünya siyasi tarixində əhəmiyyətindən danışaraq, Çin Kommunist Partiyası və ÇXR-in banisi, xalq inqilabının lideri Mao Tszedunun Çin tarixindəki rolu üzərində xüsusilə dayanıb.

Kitabxana-İnformasiya Mərkəzi diploma layiq görülüb

3 Oktyabr 2017 15:13

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında keçirilmiş “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfransda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrasının müəllimləri Tamilla Əsgərova, Günay Baxşəliyeva və Natiq Mürsəlov məruzə ilə çıxış ediblər.

BDU və  Karlova Universitetinin 45 illik əməkdaşlığı

3 Oktyabr 2017 15:13

Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar bildirir ki, rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1972-ci ildə BDU və Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə hər iki ali təhsil ocağı üçün səmərəli olub, təhsil və elmimizə fayda gətirib.

"Rusiya Türkiyəyə "S-400"lərin kodunu verməyəcək" — ŞOK İDDİA

3 Oktyabr 2017 15:01

Rusiya mətbuatı Türkiyə-Rusiya arasındakı "S-400" hava hücumundan müdafiə raketləri barədə şok iddia səsləndirib. İddiaya əsasən, müdafiə sistemlərinin kodları və nəzarəti Türkiyəyə verilməyəcək. Rusiyalı bir rəsminin "gazeta.ru" saytına verdiyi müsahibəyə əsasən, Rusiya tərəfi bu təklifi rədd edib.

“İspanların yerinə biz olsaydıq, indi siyasi sanksiyalar göydə uçuşurdu”

3 Oktyabr 2017 14:59

“İspaniyanın Kataloniya bölgəsində baş verən hadisələr Qərbin məsələlərə hər zaman ikili standartlarla yanaşmasına bariz nümunə oldu. Həmçinin bu hadisə Qərbin müəyyən dairələrinin ikiüzlü siyasətini ortaya qoydu”.

Mədəniyyət Mərkəzində Özbəkistanın Müəllimlər Günü münasibətilə mərasim keçirilib

3 Oktyabr 2017 14:57

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev muzeyində Özbəkistanın Müəllimlər Gününə həsr olunan mərasim keçirilib. Tədbirdə Özbəkistanın ali və orta məktəblərində, kollec və liseylərində çalışan azərbaycanlı müəllimlər iştirak ediblər.

Arif Nərimanbəyovun 100 illik yubileyi qeyd oluncaq

3 Oktyabr 2017 14:55

6 oktyabr, saat 17:00-da Mədəniyyət və Turizm Nazirliyi və Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda görkəmli kinooperator Arif Nərimanbəyovun 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. A.Nərimanbəyov 1944-cü ildən ömrünün sonuna kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əvvəllər II operator, sonralar quruluşçu operator işləyib.

Avtomobil oğruları ələ keçiblər

3 Oktyabr 2017 14:54

Oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Cabir Quliyev və Elmir İsmayılov tutulublar. DİN-dən “Olaylar”a berilən məlumata görə, oktyabrın 1-nə keçən gecə Yasamal rayonu ərazisində Bakı şəhər sakini Mayılxan Cəfərova məxsus “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlanıb.

Evdən 6 min manat aparan saxlanıb

3 Oktyabr 2017 14:51

Oğurluqda şübhəli bilinərək tutulmuş Bərdə rayon sakini Samir Mustafayevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən mlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisindəki evlərdən birindən noutbuk oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samir Mustafayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyunun 29-da daha 1 evdən 6000 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

İstixanada çətənə kolu aşkar edildi

3 Oktyabr 2017 14:50

Maştağa qəsəbə sakini Rövşən Xalıqova məxsus istixanaya baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Rövşən Xalıqova məxsus istixanaya baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə kolu aşkar edilərək götürülüb.