"Rusiya Türkiyəyə "S-400"lərin kodunu verməyəcək" — ŞOK İDDİA

Rusiya mətbuatı Türkiyə-Rusiya arasındakı "S-400" hava hücumundan müdafiə raketləri barədə şok iddia səsləndirib. İddiaya əsasən, müdafiə sistemlərinin kodları və nəzarəti Türkiyəyə verilməyəcək. Rusiyalı bir rəsminin "gazeta.ru" saytına verdiyi müsahibəyə əsasən, Rusiya tərəfi bu təklifi rədd edib.

Xəbərdə deyilir: "Türkiyə tərəfinə "S-400"lərin sisteminə aid elektron kodların hamısını və daxili mexanizmləri verməyəcəyik. Müqaviləyə əsasən, texniki dəstək və təmir işlərini biz görəcəyik. Onlar isə bu sistemlərin içini açmayacaqlar". İddiaya əsasən, radarlar da Rusiya tərəfindən qurulacaq: "Türklərin "S-400" daxili mexanizmalarını görmə tələbini qəbul etmədik. Çünki sistemlərin içərisinə bir cismin düşmənə yoxsa sizin ölkənizə aid olduğunu göstərən rus istehsalı bir radar sistemi qurulacaq". Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31