Estoniya Rusiya ilə sərhədin birdəfəlik bağlanmasını tələb edir- ÖZƏL

Estoniyanın Baş naziri Kristen Mixal Estoniya-Rusiya sərhədinin qeyri-müəyyən müddətə bağlanmasına çağırıb.
Olaylar.az xəbər verir ki,  Delfi portalına verdiyi müsahibədə bildirdiyi kimi, Estoniya Sərhəd Mühafizəsi də Tallinin qərarından sonra baş verə biləcək mümkün "miqrasiya hücumuna" hazırdır.
Bazar günü Estoniyanın daxili işlər naziri İqor Taro Rusiya ilə sərhədin bağlanması qərarının kabinet iclasında veriləcəyini və tədbirlərin müvəqqəti və ya daimi ola biləcəyini açıqladı. Bu arada, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallinin 1 dekabrdan etibarən Estoniya-Rusiya sərhədindəki bütün sərhəd keçid məntəqələrini bağlayacağını açıqladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31