Avtomobil oğruları ələ keçiblər
Oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Cabir Quliyev və Elmir İsmayılov tutulublar. DİN-dən “Olaylar”a berilən məlumata görə, oktyabrın 1-nə keçən gecə Yasamal rayonu ərazisində Bakı şəhər sakini Mayılxan Cəfərova məxsus “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlanıb.
3 Oktyabr 2017 14:54 KriminalOğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Cabir Quliyev və Elmir İsmayılov tutulublar. DİN-dən "Olaylar"a berilən məlumata görə, oktyabrın 1-nə keçən gecə Yasamal rayonu ərazisində Bakı şəhər sakini Mayılxan Cəfərova məxsus "VAZ-2107" markalı avtomobildən akkumulyator oğurlanıb. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Cabir Quliyev və əvvəllər məhkum olunmuş Elmir İsmayılov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların sentyabrın 18-də və oktyabrın 1-də daha 2 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.