Arif Nərimanbəyovun 100 illik yubileyi qeyd oluncaq
6 oktyabr, saat 17:00-da Mədəniyyət və Turizm Nazirliyi və Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda görkəmli kinooperator Arif Nərimanbəyovun 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. A.Nərimanbəyov 1944-cü ildən ömrünün sonuna kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əvvəllər II operator, sonralar quruluşçu operator işləyib.
3 Oktyabr 2017 14:55 Mədəniyyət6 oktyabr, saat 17:00-da Mədəniyyət və Turizm Nazirliyi və Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda görkəmli kinooperator Arif Nərimanbəyovun 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. A.Nərimanbəyov 1944-cü ildən ömrünün sonuna kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əvvəllər II operator, sonralar quruluşçu operator işləyib.
Qeyd edək ki, görkəmli operator ondan artıq sənədli film, o cümlədən "Fətəli xan", "Bakının işıqları", "Arşın mal alan"bədii filmlərində II operator, "Bəxtiyar", "Qızmar günəş altında", "Bir qalanın sirri", "Leyli və Məcnun", "Möcüzələr adası", "Qaraca qız", "İnsan məskən salır", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Həyat bizi sınayır", "Var olun, qızlar", "Ömrün səhifələri", "Ürək, ürək", "Dərviş parisi partladır", "Bayquş gələndə", "Onun bəlalı sevgisi", "Nizami", "17 yaşlı oğlan" bədii filmlərinin quruluşçu operatoru olub.
A.Nərimanbəyov 1992-ci il mayın 16-da Bakıda vəfat edib.