Gündəm

Bakı sakini barmaqlarını tapança kimi tutaraq mağazanı qarət etdi

3 Oktyabr 2017 16:16

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bakı şəhər sakini, 36 yaşlı Taleh Hümbətovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prosesə hakim Fikrət Qəribov sədrlik edib.

“Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir

3 Oktyabr 2017 16:12

Avropa Milli Olimpiya Akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir. MOK-un mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, konfransda Avropa Milli Olimpiya Akademiyalarının üzvləri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüsynzadə, MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının direktoru Ağacan Abıyev iştirak edir. Seminar – konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Təhsil Nazirliyidir.

ABŞ-ın yardımı ilə yeni məktəb binası inşa olunub

3 Oktyabr 2017 16:11

ABŞ Müdafiə Departamentinin (Pentaqon) Humanitar Yardım Proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni tikilmiş Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə. açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib. Tədbirdə çıxış edən ABŞ səfiri Robert Sekuta deyib ki, yeni inşa edilən bu məktəb Laçın rayonundan olan məcburi köçkün uşaqlarının daha yaxşı təhsil almasına kömək edəcək. Səfir qeyd edib ki, bu layihə ABŞ-ın Müdafiə Departamentinin Humanitar Yardım Proqramı vasitəsilə həyata keçirdiyi 16-cı məktəb layihəsidir: “On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır.

Həştərxanda Üçüncü Xəzər Mediaforumu keçirilib

3 Oktyabr 2017 16:10

Rusiyanın Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə Həştərxanda Üçüncü Xəzər Mediaforumu baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Xəzəryanı ölkələrin –nümayəndə heyətləri iştirak edib.

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

3 Oktyabr 2017 16:08

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin ənənəvi səyyar qəbuluna start verir. İdarədən “OLAYLAR”-a bildirilib ki, ilk səyyar qəbul oktyabrın 6-da Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək.

Azərbaycan 10-cu Qara Dəniz Turizm Forumunda təmsil olunub

3 Oktyabr 2017 16:06

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatası tərəfindən təşkil edilən 10-cu Qara Dəniz Turizm Forumunda bu ölkənin 16 bələdiyyəsi və bir sıra xarici ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.

Bakı və Abşeronda subasma TƏHLÜKƏSİ ARTDI

3 Oktyabr 2017 16:02

Bakı və Abşeronda subasma sahələrində vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  bildirib ki, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında təbii amillərin təsirindən nisbi aktivlik qeydə alınıb.  

Ərdoğan: “Məhv olarıq, əgər...”

3 Oktyabr 2017 15:57

“Kimsəni təhdid etmək kimi niyyətimiz yoxdur. Biz səmimi xəbərdarlığımızı edirik”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Şimali İraq kürd muxtariyyətində keçirilən referendumla bağlı danışarkən deyib.

Azadlığın məhdudlaşdırılması cəzası bu cinayətlərə şamil ediləcək - SİYAHI

3 Oktyabr 2017 15:54

Azərbaycanda yeni cəza növü kimi tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəzasının şamil olunacağı cinayət əməllərinin siyahısı açıqlanıb. Cinayət Məcəlləsinə Azərbaycan Prezidenti tərəfindən təklif edilən son dəyişikliklərdə yer alan yeni cəza növünün şamil olunacağı maddələrdə mövcud cəzalar da qüvvədə qalacaq, yeni cəza növü isə dispozisiyasına uyğun olaraq məhkəmənin qərarı ilə təyin olunacaq.

Madaqaskarda taun epidemiyası - Ölənlər var

3 Oktyabr 2017 15:52

Madaqaskarda 130-dan çox adam taun xəstəliyinə yoluxub. Məlumata görə, adada tauna yoluxma faktı avqust ayında ilk dəfə qeydə alınıb. 

İnsan hüquqlarının müdafiəsi, yoxsa qarayaxma kampaniyası?

3 Oktyabr 2017 15:49

“Gözünü yumub, ağzını açmaq” deyiminə sadiq qalan Avropa təsisatları ölkəmizə qarşı bütün təzyiq vasitələrindən istifadə etməyi qarşılarına məqsəd qoyublar. “Dirijor çubuğu”na sığmayan Azərbaycanın atdığı istənilən xoşməramlı addım, təhlükəsizlik və sağlamlıq baxımından həyata keçirilən istənilən tədbir ittihamlara tuş gəlir. Diktə və qısqanclıq alətinə çevrilən həmin təsisatlar “öz gözlərində çöpü görməyərək” Azərbaycanda “ tir axtarışına” çıxıblar. “Dədəm, nənəm kor dedi, hər yetənə vur dedi” prinsipinə əsaslanan Avropanın “insan hüquqları institutlarının” Azərbaycanı hədəf seçməsi qətiyyən anlaşılan deyil. Beynəlxalq insan hüquq təşkilatları açıq şəkildə bəyan edirlər ki, insan hüquqları məsələsi nisbi və daim inkişaf edən məsələdir. Odur ki, hər hansı bir kəsimin hüquqlarının müdafiəsi digərinin hüquqlarının pozulması ilə nəticələnə bilməz.

Azərbaycan siyasi plüralizm ənənəsinə sadiqdir

3 Oktyabr 2017 15:44

Azərbaycan bu gün demokratik bir ölkə olaraq özünün inkişaf dövrünü yaşayır.  Müstəqillik əldə etdikdən sonra ölkəmizin həyatında baş verən yeniliklər bütün sahələri əhatə edir ki, hər bir sahədə də ayrı-ayrılıqda tərəqqi, inkişaf tendensiyaları özünü göstərir. Bu müsbət tendensiyanı siyasi sahəyə də aid etmək mümkündür. Məhz siyasi sahədə həyata keçirilən məqsədypnlü addımlar, görülən işlər, həyata keçirilən islahatlar günümüzdə Azərbaycanı demokratik dəyərlərə sahib bir ölkəyə çevririb.

Səlim Müslümov BƏT-in 10-cu Avropa Regional İclasında çıxış edib

3 Oktyabr 2017 15:41

Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası keçirilir. Avropa və Mərkəzi Asiya ölkələrindən hökumət, işəgötürən və işçilərin nümayəndələrinin iştirak etdiyi Tədbir BƏT-in Baş direktoru Qay Rayderin  “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” mövzusunda hesabat məruzəsinin dinlənilməsi və məruzə ətrafında müzakirələrin aparılması ilə başlayıb.

Bilik Fondundan yeni layihə – “Ekran və efirdə ədəbi dil normaları”

3 Oktyabr 2017 15:40

Bilik Fondu Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlayıb. Olaylar bildirir ki, ilk təlim Xəzər televiziyasında gənc aparıcı və reportyorların iştirakı ilə keçirilib. Layihə barədə iştirakçılara ətraflı məlumat verən Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Fondun “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçiriləcək.

Əlavə şahidlərin dindirilməsi istənildi - "MTN işi"

3 Oktyabr 2017 15:33

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.