Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin ənənəvi səyyar qəbuluna start verir. İdarədən “OLAYLAR”-a bildirilib ki, ilk səyyar qəbul oktyabrın 6-da Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək.
3 Oktyabr 2017 16:08 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin ənənəvi səyyar qəbuluna start verir. İdarədən "OLAYLAR"-a bildirilib ki, ilk səyyar qəbul oktyabrın 6-da Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək. Bakının 168 nömrəli məktəbində təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarından ibarətdir. Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.