Bilik Fondundan yeni layihə – “Ekran və efirdə ədəbi dil normaları”

Bilik Fondu Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlayıb. Olaylar bildirir ki, ilk təlim Xəzər televiziyasında gənc aparıcı və reportyorların iştirakı ilə keçirilib. Layihə barədə iştirakçılara ətraflı məlumat verən Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Fondun “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçiriləcək.

Bilik Fondu Milli Televiziya və Radio Şurasının dəstəyi ilə "Ekran və efirdə ədəbi dil normaları" layihəsinin icrasına başlayıb. Olaylar bildirir ki, ilk təlim Xəzər televiziyasında gənc aparıcı və reportyorların iştirakı ilə keçirilib. Layihə barədə iştirakçılara ətraflı məlumat verən Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Fondun "Ekran və efirdə ədəbi dil normaları" layihəsi çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçiriləcək.
Layihə üzrə ilk təlimçi AMEA Dilçilik İnstitutu, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın "Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər" mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar.
İnteraktiv formada keçən təlimdə professor S.Sadıqova iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, iki ay davam edəcək təlimlərdə AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlər iştirak edəcəklər.  Layihə digər televiziya və radio şirkətlərində də həyata keçiriləcək. Təlimə qatılan gənc jurnalistlərə dilçilik, nitq mədəniyyəti, televiziya və radio aparıcılarının iş xüsusiyyətləri ilə bağlı nəzəri bilgilər veriləcək, praktik məşğələlər tətbiq olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31