“Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir
Avropa Milli Olimpiya Akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir. MOK-un mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, konfransda Avropa Milli Olimpiya Akademiyalarının üzvləri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüsynzadə, MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının direktoru Ağacan Abıyev iştirak edir. Seminar – konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Təhsil Nazirliyidir.
3 Oktyabr 2017 16:12 SosialAvropa Milli Olimpiya Akademiyalarının iştirakı ilə "Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi" mövzusunda seminar-konfrans keçirilir. MOK-un mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, konfransda Avropa Milli Olimpiya Akademiyalarının üzvləri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüsynzadə, MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının direktoru Ağacan Abıyev iştirak edir. Seminar - konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Təhsil Nazirliyidir. Ən yaxşı 3 məruzə diplomlarla mükafatlandırılacaq. 3 - 4 oktyabr tarixlərində məruzə çıxışları və Avropa Olimpiya Akademiyaları Assosiyasiyasının təşəbbüs iclasları keçiriləcək. Tədbirin giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya dəyərlərinin təbliğinin vacibliyini vurğulayıb: "Milli Olimpiya Komitəsinin 25 illik silsilə tədbirlərinə MOA-nın seminarının daxil olması təsadüfi deyil. Milli Olimpiya Komitəsi Olimpiya Hərəkatını, xüsusilə Olimpiya Gündəliyi 2020-nin təbliğatı ilə aktiv şəkildə məşğuldur. Elə buna görədə, MOK "Olimpiya Gündəliyi 2020" Komissiyası işə başladı. Bu ilin əvvəlindən Komissiya "idman hamı üçün", "gender bərabərliyi" şüarları altında avtiv fəaliyyət göstərir."