Gündəm
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri İran sahillərinə yan aldı
Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərimizin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.
General Novruzəli Orucovun oğlunun məhkəməsində videogörüntülər araşdırılacaq
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, hadisə vaxtı avtobusdakı videogörüntülərin götürülməsi ilə bağlı sorğu verilib. Bu sorğuya cavab gözlədikləri üçün proses oktyabrın 10-dək təxirə salınıb.
Putin 20 ölkənin səfirlərinin etimadnamələrini qəbul edib
Bu gün Kremldə 20 ölkənin Rusiyaya yeni təyin olunmuş səfirləri prezident Vladimir Putinə etimadnamələrini təqdim ediblər. Səfirlər etimadnamələrini təqdim etdikdən sonra Rusiya prezidenti Vladimir Putin mərasimdə çıxış edib. O, Rusiyanın yeni səfirlərin təmsil etdikləri ölkələrlə ikitərəfli əlaqələrinə, dünyada baş verən böhranlara və regional münaqişələrə toxunub. Rusiya-ABŞ münasibətlərindən danışan V. Putin bildirib ki, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti qənaətbəxş deyil: “Moskva Vaşinqtonla konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. Əminik ki, bu münasibətlərin əsasında bərabərlik prinsipi, milli maraqlara hörmət, daxili işlərə qarışmama dayanmalıdır”.
Çaylarda daşqın gözlənilir
Ölkədə yağan yağışlar nəticəsində dünən respublikanın bütün çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, ən çox artım Lənkəran-Astara bölgəsindən keçən Lənkəran çayda (56 sm) və Viləşçayda (75 sm) qeydə alınıb.
Bakıda doğranmış halda meyiti aşkar edilən kişinin əli tapılıb
Bir müddət əvvəl Bakıda doğranmış vəziyyətdə aşkar edilən kişinin əli tapılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hissələrə parçalanmış kişi meyitinin sağ əli (dirsəkdən aşağı) Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilib. Artıq onun barmaq izləri və dırnaqları götürülüb. Meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətdə tədbirlər davam etdirilir.
Dövlət Komitəsindən uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı AÇIQLAMA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşıdır. Bu barədə Dövlət Komitəsindən daxil olan məlumatda deyilir. Məlumatda bildirilib ki, bu məsələ ilə bağlı milli qanunvericilikdə boşluqlar olduğu nəzərə alınaraq, valideyn məsuliyyəti artırılmalı və beynəlxalq konvensiyalara əsasən qanunvericilikdə dəyişiklər edilməlidir: "Azərbaycan prezidentinin 1 iyun 2016-cı il tarixli, 2074 nömrəli sərəncamına əsasən Komitə tərəfindən "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanun layihəsi hazırlanıb.
Azərbaycanlı müğənninin atası ÖMÜRÜLÜK HƏBS EDİLDİ - Arvadını öldürdüyü üçün
Abşeron rayonunda arvadını və baldızını qətlə yetirməkdə ittiham olunan “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası, 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qurban Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
"Ermənistanın manipulyasiya etməsi yolverilməzdir"
Andorrada ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilir. Sessiyanın əsas mövzusu "ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər"dir. Bu gün sessiyada Aralıq Dənizi Forumu çərçivəsində müzakirələr başlayıb. Forumda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələlər müzakirə olunub. Forumda çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Ermənistanda Dağlıq Qarabağ münaqişəsi səbəbindən 100 mindən çox qaçqın olduğunu bildirib, habelə Ermənistanın Suriyadan 20 mindən çox erməni qaçqını qəbul etdiyini deyərək bu məsələdə ölkəsinə dəstək verilməsini istəyib.
Şamaxıda dağda qalmış xarici vətəndaşların yeri müəyyən olunub (YENİLƏNİB)
Şamaxıda dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri müəyyən olunub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri FHN-nin helikopteri tərəfindən müəyyən olunub.
"Əməliyyatdan sonra ölən azərbaycanlı modelin həkimi həbs olunub? - YENİLƏNİB
"Lider" telekanalında Tolikin aparıcısı olduğu "Bu bizik" verilişinin qonağı həkim səhvi ucbatından sağlamlığını itirdiyini iddia edən "Faytonçu" Nazim olub.
23 ildir vəzifədə olan mer istefa verir?
Ankara şəhərinin meri İbrahim Melih Gökçek istefa verə bilər. M.Gökçekin istefasını hakim Ədalət və İnkişaf Partiyası (AKP) tələb edib. Bu addımın səbəbləri barədə məlumat verilmir.
Telman İsmayılovun oğlu arvadını öldürmək istəyib: "Məni boğmağa başladı..."
Son günlər azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılov və ailə üzvləri ətrafında bir-birinin ardınca qalmaqalı məlumatlar yayılır. Xəbər verildiyi kimi Rusiya İstintaq Komitəsi T.İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Onun adı "Koptevsk" və "Lobanovsk" kriminal qruplaşmalarının liderlərinin sifarişli qətllərində, digər ağır cinayət əməllərində keçir. Rusiya mətbuatı hətta T.İsmayılovun oğlanlarının da adlarının bu cinayət işində keçdiyini bildirir.
Musa Quliyev: “Azərbaycanın milli qurtuluş tarixi məhz bu günlə bağlıdır"
“3 oktyabr 1993-cü il Azərbaycan tarixinin ən şərəfli və həlledici günlərindən biridir. Bütün dövrlər üçün Azərbaycanın dövlətçilik və milli qurtuluş tarixi məhz bu günlə bağlıdır”. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Musa Quliyev bildirib.
Arağın tərkibinə dərman qatırlar ki...
“Təəssüf ki, hələ də alkoqolizmi çox zəif və əhıəmiyyətsiz xəstəlik hesab edirlər. Halbuki, alkoqolizm narkoloji xəstəliklərin ən ağır formasıdır. Çünki alkoqol orqanizmə düşdüyü andan hüceyrələrə öldürücü təsir etməyə başlayır”.
Həbs edilmiş nazirin 4 mənzili, 3 imarəti və 3 iri torpaq sahəsi üzə çıxdı
Moskvada həbs edilmiş keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin davam edən məhkəmə prosesində bu gün prokuror məmurun üzə çıxarılmış əmlaklarının siyahısını açıqlayıb. 2 milyon dolar rüşvət alarkən tutulmuş A.Ulyukayevin əmlakları aşağıdakılardır:














