23 ildir vəzifədə olan mer istefa verir?

Ankara şəhərinin meri İbrahim Melih Gökçek istefa verə bilər.  M.Gökçekin istefasını hakim Ədalət və İnkişaf Partiyası (AKP) tələb edib. Bu addımın səbəbləri barədə məlumat verilmir.

Ankara şəhərinin meri İbrahim Melih Gökçek istefa verə bilər.  M.Gökçekin istefasını hakim Ədalət və İnkişaf Partiyası (AKP) tələb edib. Bu addımın səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, bu məsələ barədə danışıan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan M.Gökçekin istefasının istisna olmadığını deyib. Bir müddət əvvəl Türkiyə prezidenti partiyanın bir sıra üzvlərinin istefa verməsini tələb etmişdi. Bu, AKP-də gözlənilən bir sıra islahatlarla bağlı olub.

Qeyd edək ki, o, 1994-cü ildən Ankaranın meri vəzifəsini icra edir. Xatırladaq ki, sentyabrın 22-də isə İstanbul meri Kadir Topbaş istefa verib. Onun yerinə Mövlud Uysal seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31