Gündəm
Bərzaninin əsas rəqibi öldü
İraqın 6-cı prezidenti və Kürdüstan Vətənpərvərlik Birliyinin lideri Cəlal Tələbani 83 yaşında həyatını itirib. Təlabani müalicə olunduğu Berlində dünyasını dəyişib. Onun səhhəti 2012-ci ilin dekabrında Bağdadda keçirdiyi beyin qanamasından sonra pisləşib. Müalicə üçün Almaniyaya gedən keçmiş prezident 2014-cü ilin iyulun 19-da Süleymaniyəyə dönüb. Növbəti dəfə Almaniyaya və Avstriyaya gedən Tələbani 2016-cı ilin sentyabrında Şimali İraq kürd muxtariyyətinə qayıdıb. O, bu ilin iyul ayında İranın paytaxtı Tehrana səfər edib. Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub.
Tünzalə Ağayeva onu silkələyən EŞQDƏN DANIŞDI: “Onu Bakıdan uzaqlaşdırdım”
Kürd muxtariyyətinə NÖVBƏTİ ZƏRBƏ: hamısı qovuldular
Sentyabrın 25-də birtərəfli qəbul etdiyi qərarla müstəqillik referendumu keçirən Şimali İraq kürd muxtariyyətinə növbəti zərbə vurulub. İraq parlamenti Şimali İraq kürd muxtariyyətini təmsil edən millət vəkillərinin mandatını ləğv edib. Bundan başqa, Bağdad muxtariyyəti təmsil edən millət vəkillərinin geri dönməsini istəyib.
Bakıda direktor işdən çıxarıldı
Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evlərində kadr dəyişikləri edilib. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən şəbəkəsinə daxil olan bir neçə mədəniyyət evlərinin rəhbərliyində yerdəyişmələr olub. H.Abbasov adına mədəniyyət evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinə, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.
Ali Radanın işində fasilə yarandı - Yanğınsöndürənlər çağırıldı
Bu gün Ukrayna Ali Radasının işində qısamüddətli fasilə yaranıb. Buna iclas keçirilən zaman zaldakı tüstülənmə səbəb olub. Ali Radanın vitse-spikeri iclası yarımçıq saxlayaraq 15 dəqiqəlik fasilə elan edib və bildirib ki, yanğınsöndürənlər zala çağrılıb. Tüstülənmənin qarşısı alındıqdan sonra parlamentin işi bərpa olunub.
Marseloya vergi ittiihamı
"Real"ın futbolçusu Marselo İspaniyada vergidən yayınmaqda ittiham olunur. O, 2013-cü ildə vergidən yayınmaqda şübhəli bilinir. Ölkənin vergi orqanlarının Marselodan 400 min avro tələb etdiyi bildirilib.
Vaqif Əsədovdan Nura Suri açıqlaması: "…cəzasız qalmayacaq"
Tanınmış müğənni Nura Surini "Porsche" markalı avtomobili Dövlət Statistika Komitəsinin qarşısından cərimə meydançasına aparılıb. Buna ifaçının maşını qadağan olunmuş yerdə saxlaması səbəb olub. Bu barədə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva saytımıza açıqlamasında deyib. Onun sözlərinə görə, Nura Suri cərimə meydançasından avtomobilini bir qəpik ödəmədən çıxarıb: "Mən taksi ilə Tbilisi prospektində yerləşən cərimə meydançasında getdim. Gördüm ki, arxamca Nura Suri də gəldi. Onda zarafatyana dedim ki, Nura xanım, deyəsən "qaişnik"lərin pulu qurtarıb. O isə dedi ki, nə pul? Bir qəpik də ödəmədən buradan çıxıb gedəcəm. Bir də gördüm ki, şlaqbaum açıldı, Nura Suri də sürətlə çıxıb getdi. Mən isə 20 manat evakuatora görə cərimə ödədim. Kəsilən cərimənin 20 manatını da banka ödəyəcəm".
Ramos və Pike arasında dava düşüb
İspaniya milli komandasının futbolçuları Serxio Ramos və Jerar Pike arasında məşq zamanı dava düşüb. Məlumata görə, buna Kataloniyanın İspaniyadan ayrılıb müstəqilliyini elan etməsi ilə bağlı referendum səbəb olub. “Real Madrid”in kapitanı olan Ramos “Barselona”nın formasını geyinən Pikeni yığmanın düşərgəsində əhval-ruhiyyəni pozmaqda ittiham edib.
Azərbaycanla Avropa İttifaqı arasında yeni Saziş layihəsi müzakirə olunub
Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin ticarət, sərmayə, enerji ticarəti məsələləri hissəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib. “OLAYLAR”-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, müzakirələrdə Energetika Nazirliyini Hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib. Tədbirdə Saziş layihəsinin “Ticarət və davamlı inkişaf”, “Enerji və xammal”, “Əmtəə ticarət” və “Ticarətdə texniki maneələr” fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Layihənin “Enerji və xammal” bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, “Müstəqil Tənzimləyici Orqan”ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib. Azərbaycanın enerji bazarının öyrənilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb.
Putin Kataloniyada keçirilmiş referenduma münasibət bildirib
Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də Kataloniyanın müstəqilliyi üzrə keçirilmiş referendumu “İspaniyanın daxili işi” adlandırıb. Bunu dövlət başçısı 20 ölkənin səfirlərinin etimadnamələrini qəbul edərkən deyib. Rusiya prezidenti bildirib ki, Moskva “İspaniyaya görə bərk narahatdır”.
Bu şəxslərdə zöhrəvi xəstəliklər çox olur
"Cinsi orientasiya fərqi olan insanlar yoxlanıldıqda onlarda zöhrəvi xəstəliklər çox olur". Bunu Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov deyib. Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı belə hallarla rastlaşırlar: "Cinsi azlıqlarda da az rast gəlinən zöhrəvi xəstəliklər ola bilər. Bizim təcrübəmizdə belə xəstələr olur". Dəri-zöhrəvi xəstəliklərə çox ciddi yanaşılmanı vacib sayan baş mütəxəssis bildirib ki, cinsi azlıqlara mənsub olanlar qınanıb-qınanmayacaqlarına əhəmiyyət vermədən həkimə müraciət etməlidirlər.
Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov sentyabrın 19-da Xidmətin Sumqayıt şəhər idarəsində vətəndaşları qəbul edəcək.
Azərbaycan OPEC+ sazişinə sentyabrda da əməl edib
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib. Energetika Nazirliyi Azərbaycanın cari ilin sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin sentyabr ayında respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 733 min barrelini xam neft, 52,7 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 52,7 min barrel kondensat, 19,3 min barrel isə neft məhsulları ixrac edilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda isə 734,8 min barrel olub. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.
“SUEZ Groupe” nümayəndələri SOCAR-da olmuşlar
Oktyabrın 3-də SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Fransanın “SUEZ Groupe” şirkətinin vitse-prezidenti Manuel Niveti və şirkətin Azərbaycan filialının direktoru Alain Carboneli qəbul edib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Manuel Nivet “SUEZ Groupe” şirkətinin fəaliyyəti və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib, istehsalat-tullantı, habelə lay sularının emalı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi, tullantıların idarə olunması sahələrində SOCAR ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
Keçən ay 9979 metr qazma işi həyata keçirilib
2017-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9979 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 9042 metri istismara, 937 metri isə kəşfiyyata aid olub.














